Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
14 Aprel 14:53
2 443
Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon mina hadisəsində həlak olan şəxs ilə bağlı başsağlığı verib.
Səfir bu barədə sosial media hesabında paylaşım edib.
"Vəzifə borcunu yerinə yetirərkən faciəvi şəkildə həyatını itirən Mətili Muğanın ailəsinə və həmkarlarına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrim ANAMA və Azərbaycanın təsirlənmiş bölgələrində minatəmizləmə səylərində cəsarətlə çalışanlarladır”, - o qeyd edib.
Ətraflı
Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.
ANAMA əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş həyatını itirib.