Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
14 Aprel 15:13
2 583
Çinə səfər çərçivədə Baş prokuror Kamran Əliyevlə İsveçrə Konfederasiyasının Baş prokuroru Stefan Blattle arasında ikitərəfli görüş keçirilib.
Baş Prokurorluqdan verilən xəbərə görə, Bakıya səfərini xatırladan Blattle göstərilmiş yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Azərbaycanda cinayətkarlığa qarşı uğurlu mübarizə siyasəti nəticəsində kriminogen vəziyyətin nəzarət altında olmasının və təhlükəsizliyin yüksək səviyyədə olmasının şahidi olduğunu qeyd edib. Həmçinin bildirib ki, beynəlxalq və regional təşəbbüslərin aktiv iştirakçısı olan Azərbaycan sülh və sabit əməkdaşlıq platformasına çevrilib, çoxsaylı tədbirlərə uğurla ev sahibliyi edib.
Öz növbəsində Kamran Əliyev qeyd edib ki, qloballaşan dünyada transmilli cinayətkarlıq da ölkələrin sərhədlərini aşır. Bu baxımdan ölkələrimizin prokurorluq orqanları arasında birbaşa dialoq kanallarının olması vacibdir. Bununla yanaşı, o, prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin sıxlaşmasının hüquq sistemlərinin yaxınlaşması və təcrübi məsələlərin operativ həllinə töhfə verəcəyinə inamını ifadə edib.
Daha sonra görüşdə prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin hüquqi bazasının genişləndirilməsi, konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və cinayət törətmiş şəxslərin verilməsi məsələlərinin praktiki məqamları müzakirə edilib.