11:21
721
Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri Ukrayna diplomatik coğrafiyasının daha da genişləndiyini göstərir. Xüsusilə-Rusiyanın tam miqyaslı işğalı başladıqdan sonra münasibətləri tənəzzülə uğrayan postsovet məkanında.
Xalqcebhesi.az xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Aleksandr Buryaçenko deyib.
O qeyd edib ki, hazırda təhlükəsizlik və energetika sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığı ilə bağlı da böyük perspektivlər var. Bakı Ukraynada müasir müharibə aparmaq təcrübəsi ilə maraqlanır, Kiyev isə enerji resurslarının alternativ təchizat yollarına ehtiyac duyur. Bu tərəfdaşlıq qarşılıqlı faydalıdır və olacaqdır.
Cavid