11:08
714
Almaniyada kiçik təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb, pilot həlak olub
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Hadisə Oldenburq şəhərindən cənubda, Hatten aerodromu yaxınlığında baş verib. Polisin məlumatına görə, təyyarə havaya qalxdıqdan dərhal sonra yerə çırpılıb və zərbənin təsirindən tamamilə dağılıb.
Təyyarədə pilot tək olub. İlkin məlumatlara görə, həlak olan şəxsin təxminən 70 yaşı var idi və o, yaşadığı ölkəyə — İsveçrəyə uçurdu.
Qəzanın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırmalara polis və Almaniyanın Aviasiya Hadisələrinin Araşdırılması üzrə Federal Bürosu (BFU) başlayıb.
Hadisə yerində 50-yə yaxın xilasedici çalışıb və yanğınsöndürənlərlə birlikdə yaranmış yanğını söndürüblər. Polisin bildirdiyinə görə, təyyarənin qəza paraşütü açılmayıb. Onu aktivləşdirməli olan pirotexniki yük daha sonra federal polisin mütəxəssisləri tərəfindən zərərsizləşdirilib.
Məryəm Quliyeva