11:22
707
Niderland Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir.
Bunu Niderland səfiri Marian de Yonq bu gün mətbuat konfransında bildirib.
O, sülh prosesinin ticarət, konnektivlik və inkişafa yol açacağını deyib.
Səfir Azərbaycanın Ukraynaya dəstəyini də yüksək qiymətləndirib.
“Azərbaycanın sabitliyi təşviq etmək istiqamətindəki konstruktiv səyləri qəbul edilir”, - səfir qeyd edib.
Diplomat Azərbaycan və Niderland arasında ticarətin ötən il təxminən yarım milyarda qədər artdığını və su, kənd təsərrüfatı, konnektivlik sahələrində əməkdaşlığın inkişafı üçün böyük fürsətlər olduğunu vurğulayıb.
Marian de Yonq Niderlandla Azərbaycan arasında ədliyyə sahəsində də əməkdaşlığın gücləndiyini bildirib.
Səfir ölkələr arasında ikitərəfli münasibətlərin gələcəyi ilə bağlı nikbin olduğunu diqqətə çatdırıb.
11:21
721
11:11
714
11:05
707