11:20
616
Belə qənaət gəlmək olur ki, ABŞ prezidenti Donald Trampın İranın son təklifini qəbul etməməsi göstərir ki, Vaşinqton üçün Hörmüz boğazının açılması təkbaşına yetərli güzəşt deyil.
Bunu xalqcebhesi.az-a politoloq Aydın Tağıyev deyib.
"ABŞ-ın əsas hədəfi nüvə proqramı məsələsini danışıqların mərkəzinə gətirmək və Tehrandan bu sahədə ciddi güzəştlər almaqdır. Bu Trampın əsas mövqeyinə ziddir odur ki, İranın “boğazı açaq, nüvə məsələsini sonra müzakirə edək” təklifi Vaşinqtonun strateji xəttinə uyğun deyil. Rəsmi Vaşiqton hesab edir ki, nüvə proqramı məsələsi ertələnərsə, Tehran vaxt qazanacaq və öz imkanlarını genişləndirəcək bunu da gələcək təhlükə kimi görür" - politoloq deyib.
A.Tağıyevin fikrincə hadisələrin gedişi göstərdiyi odur ki, gərginlik davam edəcək. ABŞ hərbi təzyiqi artırmaqla İranı masada güzəştə məcbur etməyə çalışacaq, İran isə “boğaz kartı”nı saxlayaraq öz mövqeyini qorumağa çalışacaq: "Bu, həm enerji bazarlarında qeyri-sabitlik, həm də regionda yeni insidentlərin baş verməsi ehtimalını gücləndirəcək".
Cavid