12:02
686
Avropa İttifaqı (Aİ), Ukraynaya ayrılan 90 milyard avroluq ümumi maliyyələşdirmə paketinin ilk hissəsi kimi, dron istehsalı üçün 6 milyard avro ayıracaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentinin Strasburqdakı sessiyasında çıxışı zamanı bildirib.
"Aİ Ukraynaya 90 milyard avro ayırmaq vədini yerinə yetirdi. 2026-cı il üçün nəzərdə tutulan 45 milyard avroluq birinci hissəni artıq bu rübdə ödəyəcəyik. Bu vəsaitin ilk tranşı olan 6 milyard avro isə bilavasitə dronların istehsalına yönəldiləcək", — deyə fon der Leyen qeyd edib.
Məryəm Quliyeva