12:07
588
Ağ Evdə keçirilən təntənəli şam yeməyində ABŞ Prezidenti Donald Tramp İrana heç vaxt nüvə silahı əldə etməyə icazə verilməyəcəyini bəyan edib və əlavə edib ki, Böyük Britaniya kralı III Çarlz da bu mövqedə onunla həmfikirdir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Disclose.tv" məlumat yayıb.
Ağ Evdəki dövlət ziyafətində İranın adını birbaşa çəkmədən Tramp belə deyib:
"Hazırda Yaxın Şərqdə bildiyiniz kimi kiçik bir iş aparırıq və hər şey çox yaxşı gedir. Biz bu konkret rəqib üzərində hərbi qələbə qazanmışıq və ona heç vaxt — Çarlz mənimlə hətta məndən daha çox razıdır — bu rəqibə heç vaxt nüvə silahı almağa icazə verməyəcəyik və onlar bunu çox yaxşı başa düşürlər".
Məryəm Quliyeva