Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Muğam Mərkəzində Novruz Novruzlunun anım gecəsi: “Savalan” səhnəyə çıxır
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
Kanada SEPAH-la əlaqəli şəxslərin ölkəyə girişini qadağan etdi
Əraqçi və Sikorski Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
09:27
686
Kriptovalyuta bazarında əsas aktivlərdə azalma müşahidə olunub.
“APA-Economics” "CoinMarketCap" platformasına istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 2,06% azalaraq 2,53 trilyon dollara düşüb.
Sutkalıq dinamika üzrə “Bitcoin”in qiyməti 2,17% azalaraq 75 583 dollara enib və bazar kapitallaşması 1,51 trilyon dollar təşkil edib.
Qızıl əsaslı tokenlər -“Tether Gold”un qiyməti 1,03% azalaraq 4 549 dollara, “PAX Gold”un qiyməti 1,07% azalaraq 4 544 dollara düşüb.
“Ethereum”un qiymətində də eniş müşahidə olunub. Kriptoaktiv 3,61% ucuzlaşaraq 2 243 dollara enib. BNB-nin qiyməti 2,03% azalaraq 615 dollara, “Bitcoin Cash”in qiyməti isə 2,32% azalaraq 443 dollara düşüb.
“Monero” 1,37% ucuzlaşaraq 375 dollara, “Zcash” 2,50% ucuzlaşaraq 330 dollara, “Bittensor” isə 4,92% ucuzlaşaraq 249 dollara enib. Son 24 saatda “CoinMarketCap 20 Index”də də 1,94% eniş müşahidə edilib.
Qeyd edək ki, bazarda azalma əsasən investorların riskli aktivlərdən çıxması və qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artması ilə əlaqələndirilir.