09:45
721
Bu il martın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 898 mln. avroya çatıb. Bu isə son bir ayda 2,3% və ya 21 mln. avro artım deməkdir.
"APA-Economics" bu barədə EBRD-yə istinadən xəbər verir. Məlumata görə, hazırda aktiv layihələrin sayı isə 36-dır.
Qeyd olunub ki, portfelin 90%-ni (825 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (63 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (30 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 3% artaraq 716 mln. avro təşkil edib.
Beləliklə, EBRD bu günədək Azərbaycana 202 layihə çərçivəsində 3,712 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 93,1%-i (3,458 mlrd. avro) borc götürənlər tərəfindən artıq layihələrin icrasına sərf olunub. Portfelin 40%-i özəl sektorun payına düşür.
Xatırladaq ki, 2025-ci ildə AYİB Azərbaycanda 10 layihəyə 81 mln. avro məbləğində vəsait ayırıb.