Ordumuzun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir Siyasət

Ordumuzun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərə qatılıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun nümayəndələri Ankara şəhərində (Türkiyə Respublikası) Azərbaycan və Türkiyə arasında "Müdafiənin planlaşdırılması və hərbi strategiya" mövzusunda əməkdaşlıq üzrə təcrübə mübadiləsi, Konya şəhərində (Türkiyə Respublikası) "Anadolu Ankası - 2018" təliminin əsas planlaşdırma konfransı, eləcə də San-Antoniyo şəhərində (ABŞ) "Təkmilləşdirilmiş ingilis dili təlimatçısı kursu" və Potsuolli şəhərində (İtaliya) "Tibbi dayanıqlıq" üzrə seminarda iştirak edirlər.