“Rus-erməni münasibətlərində problemlər var” Siyasət

“Rus-erməni münasibətlərində problemlər var”

Bu günlərdə Parisdə baş tutan Məmmədyarov–Mnatsakanyan danışıqları yenə İrəvana həyəcanlı abu-hava gətirib.
İlk olaraq qeyd edək ki, yanvarın 16-da ATƏT-in Minsk Qrupu İqor Popov, Stefan Viskonti, Endryu Şoferin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın görüşü olub. Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Dörd saatdan artıq davam edən Xarici İşlər nazirlərinin görüşündə həmsöhbətlər xalqların sülhə hazırlanması, təhlükəsizlik və bölgənin sabit inkişafı da daxil olmaqla, sülh prosesinə aid geniş məsələlər müzakirə ediblər.
Görüşdən sonra "xalqların sülhə hazırlanması" haqqında rəsmi açıqlamalarda əksini tapan fikirlərə dair amerikalı politoloq Pol Strunski qeyd edib ki, nizamlama üzrə danışıqlar prosesindəki son illər ərzində belə bir formullu bəyanat xatırlamır. "Bu yeni bir əlamətdir və tərəflər arasında hansısa bir dəyişikliyin baş verdiyini deməyə əsas verir", - deyə amerikalı politoloq qeyd edib.
Strunskinin sözlərinə görə, tərəflər öz cəmiyyətlərini bir-birlərinə qarşı nifrət bəsləmək əvəzinə, sülhə hazırlanmasına kökləniblər. Bu isə müəyyən əsas, razılaşma və ya razılıq olduğu deməkdir.
"Tərəflərin son razılığa gəlməsi üçün qaynar xəttdən başqa hər hansı razılığa gəldikləri barədə informasiya görməmişəm", - deyə o əlavə edib.
Yəni son aylarda bəyanatlarda görünən və bir o qədər də əhəmiyyətli olmayan razılaşmalar şəklində sızan bağlı bir proses var, ancaq məsələnin xalqlar üçün əhəmiyyətini nəzərə alaraq, amerikalı ekspert qeyd edib ki, bağlı məqamlar xalqlar üçün açılmalıdır.
"Heç olmasa sənəddə olsa da, nizamlama üzrə müzakirələr aparılır. Tərəflər öz mövqelərini ifadə edir, danışıqlar aparır, bu, müsbət haldır. Lakin prosesin tam məxfiliyi mənfi dəyərləndirmələrə və narahatlıqlara səbəb olur. Bu, həmçinin tərəflərin baxışlarının təhlükəsizliyi üçün mümkün qədər açıq olmalıdır. Ona görə ki, bölgədə maraqlar ucbatından qeyri-sabit vəziyyət mövcuddur. Rus-erməni münasibətlərində problemlər var. Rusiya-Azərbaycan münasibətləri də dərinləşir. Həmçinin ABŞ-ın da daha çox İranla bağlı olan öz maraqları var. Türkiyə-ABŞ münasibətlərində yeni dalğa baş qaldırır. Azərbayacan Türkiyə, İran, İsrail və Gürcüstanla öz əməkdaşlığını dərinləşdirir. Ermənistan hakimiyyəti isə hazırda bu məsələlərlə məşgul olmalı və bu şəraitdə diqqətli qərarlar qəbul etməlidir. Qarşılıqlı güzəştə alternativ yoxdur. Birtərəfli güzəştə isə alternativ var. Dözümsüzlüyün və nifrətin dərinləşməsi də müharibə təhlükəsinin daha da artmasına səbəb olacağına görə, cəmiyyətlərin sülhə hazırlanması vacibdir", - deyə Pol Strunski qeyd edib.
""Xalqların sülhə hazırlanması" ifadəsi altında Vyana və Sankt Peterburq razılaşmalarını düşünmək olarmı?", deyə verilən suala Stronski "xeyr" deyə cavab verib və əlavə edib: "Mənim fikrimcə, bu razılaşmalar müzakirə edilməyib, çünki əslində Düşənbədə bu razılaşmaları əvəz edən qərar qəbul edilib. Bu qərarın hazırda cəbhədə və sərhəddə mövcud vəziyyəti nəzərə alaraq, işlək olduğu görünür".
"Təbii ki, müvəqqəti olaraq atəşkəs problemini həll etdikdən sonra tərəflər dayanıqlı atəşkəs və sülhün təmin edilməsinə başlamalıdırlar. Hesab edirəm ki, müəyyən proses gedir. Əliyev-Paşinyan görüşünün baş tutması zəruriliyi daha da yaxşı planlaşdırılır. Bundan sonrakı proseslərdən indiki vəziyyət tam anlaşılacaq", - deyə ekspert bildirib.
Rusiyalı hərbi ekspert Pavel Felqenqauer öz növbəsində Vyana və Sankt Peterburq razılaşmalarının yerinə yetirilməsinin keçmişdə qaldığına dair fikir bildirib.
Onun sözlərinə görə, istənilən halda yeni hakimiyyət bu məsələdə başqa yol tutaraq, Azərbaycanla başqa razılaşmalar əldə edib. Söhbət burada tərəflər arasında birbaşa əlaqənin yaradılmasından gedir.
"Mən hesab edirəm ki, belə vəziyyətdə sülhə hazırlanılması yalnız ideoloji bir proses deyil, yəni yalnız düşmənçilik bəyanatlarının olmaması kifayət deyil, həm də rəqibin başı üstə dəyənək olan ağır ölüm silahlarını cəbhədən geri çəkmək lazımdır. Mövqelərin dəyişilməməsi, vaxtaşırı ortaya çıxan məlumatlar belə təəsürat yaradır ki, iki proses gedir. Bunlardan biri qapalı, gizli prosesdir. Yəni təmas xəttində danışıqlar masasında dividentlər əldə etmək üçün rəqibə qarşı təzyiq üsulu olan atəşkəsin intensivliyinin azalmasından başqa vəziyyət dəyişmir. Beləliklə, vəziyyət bir o qədər də birmənalı deyil. Hərbi ritorikalı çağırışlardan başlamış, təmas xəttində fəaliyyətlər səviyyəsinədək sülh tədbirləri olmalıdır. Mən münaqişə ətrafında tərəflərin əsaslı razılaşmaları olduğunu düşünmürəm. Hesab edirəm ki, tərəflərin danışıqlara uğur gətirə biləcək gözləntiləri var. Bir birlərindən heç olmasa başqa cür razılaşmalar əldə edə bilərlər. Lakin, əslində, biz bilirik ki, ərazilərin təhvil verilməsi məsələsi Ermənistanda ciddi problemdir. Cəmiyyət bunu qəbul etmir, hakimiyyət isə əks təsir göstərmir. Azərbaycanın isə Qarabağın statusu ətrafında fikir ayrılığı var. Hazırki müsbət bəyanatlar tərəflərdən birinin hər hansı güzəştə hazır olmasına dair ətraflı məlumat vermir", - deyə Felqenqauer bildirib.
Onun dəyərləndirməsinə görə, belə vəziyyətdə bu kimi bəyanatlar hər hansı güzəştli addım atılmasına dair ciddi əsası olmayan diplomatik ifadələrə bənzəyir. Ermənistan Baş naziri son zamanlar bəyan edərək bildirib ki, nizamlama prosesində heç bir şey dəyişməyib və onun hakimiyyəti güzəştlər edilməsini nəzərdə tutmur.
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın konstruktivliyi barədə sözlərini şərh edərkən, Felqenqauer bildirib ki, Rusiya tərəfindən bu cür bəyanatlar səsləndirilməsi hazırki prosesdə Azərbaycanın böyük maraq göstərməsi məqamı ilə bağlıdır. Azərbaycan davranış tərzini dəyişərək, bu hakimiyyətlə prosesi başlamaq istiqamətində səylər göstərir.
Həmçinin, Felqenqauer Ermənistanla Rusiya arasında müəyyən qarşılıqlı anlaşma əskikliyi olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Düşənbədə irəli addım ataraq, birbaşa əlaqə yaradılması təklifinə razılıq verib. "Bu, Azərbaycan tərəfindən atılan addım kimi qəbul olunur. Azərbaycan münaqişənin nizamlanmasına və sairə hazır olduğuna dair daim siqnallar verir. Bununla bağlı Rusiya da daxil olmaqla həmsədrlərlə müvafiq iş də aparır. Ermənistan da öz növbəsində bu prosesdə öz maraqlarını həyata keçirməlidir", - deyə analitik bildirib.
Xatırladaq ki, 16 yanvar tarixində RF XİN Sergey Lavrov öz yekun mətbuat konfransında deyib ki, Moskva Qarabağ münaqişəsinin nizamlanması üzrə həll yollarının tapılması üçün Bakının cəhdlərini alqışlayır və cavab olaraq erməni həmkarlarının da eyni mövqe üzrə ifadə edəcəklərinə ümid edir.
Lavrovun sözlərinə görə, nizamlama məsələsində həll yolları tapılmasına hazır olması haqqında Bakıdan səsləndirilən bəyanatlar hər cür həvəsləndirilməlidir.