Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
19 İyul 22:19
19 İyul 22:19
19 İyul 18:38
18 İyul 2019 17:45
4 795
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 18-də Ukraynanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Azərbaycan ilə Ukrayna arasında hərbi əməkdaşlığın həm ikitərəfli formatda, həm də NATO-nun müxtəlif proqramları çərçivəsində həyata keçirildiyini qeyd edən Müdafiə naziri bu əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Ukrayna əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
19 İyul 17:32
1 183
19 İyul 17:29
1 197
18 İyul 19:24
1 932