Ermənistan Kardaşyanın ümidinə qalıb Siyasət

Ermənistan Kardaşyanın ümidinə qalıb

Oktyabrın 30-da ABŞ Konqresinin Nümayəndələr Palatasında 1915-ci il Osmanlı İmperiyasında Erməni Soyqırımını tanıyan qondarma bir qətnamə ilə əlaqədar saxta, ikili standartlar siyasətinə uyğun səsvermə keçirildi və palata üzvlərinin mütləq əksəriyyəti qətnamənin lehinə çıxış etdi. ABŞ-dakı erməni təşkilatları ilə birlikdə erməni əsilli porno ulduz Kim Kardaşyanın bu yalançı qətnaməyə, saxta səsverməyə töhvə verdiyini hər bir erməni, eləcə də Ermənistana məxsus bütün kütləvi informasiya vasitələri, hətta baş nazir Nikol Paşinyan özü də etiraf edir. Əks halda, küçə nümayişlərindən sui istifadə edərək hakimiyyəti ələ keçirən, daha doğrusu zəbt edən bu yekəlikdə hiyləgər onu rəsmi şəkildə öz iqamətgahında qarşılamazdı da.
Ekspert İlham Hacıyev yazır ki, Türkiyə mediasında da bu porno ulduz barəsində yetərincə informasiyalar və onun fəaliyyəti ilə yanaşı funksionallığı barədə də məlumatlar yayılır. Qardaş ölkənin mediasında yer alan məlumatlara görə, Kardaşyan səsvermədən əvvəl bir çox konqresmen ilə ayrı-ayrılıqda görüşüb və arzu olunan nəticə üçün “bacardığını” əsirgəməyib. Təbii ki, onun “bacardığının” nədən ibarət olduğu da erməni baş nazirdən, hər bir ermənidən tutmuş, bütün dünya ictimaiyyətinə qədər, bir sözlə hamıya bəllidir. Bu adına qadın demək mümkün olmayan porno ulduzun nəyin hesabına, hansı yollarla nəticə əldə etməsi çox iyrəncdir və bu iyrənclikdən isə Ermənistan hökuməti, bu işğalçı dövlət nəinki utanmadan, hətta fərəhlə istifadə edir, bundan sonra da istifadə etməyi həm rəva bilir, həm də planlayır.
Bundan əvvəl də Kim Kardaşyan dinc dayanmayıb və ermənilərin bu “fəxri” nümayəndələri, eyni zamanda, Ermənistanın populyarlaşmasına və erməni lobbiçiliyinə kömək edən hərəkətləri ilə də diqqət çəkirdi. Hər nə yolla qazanmasına baxmayaraq erməni əsilli bu adam 2012-ci ilin əvvəlində guya 1915-ci il törədilən erməni soyqırımının geniş beynəlxalq səviyyədə tanınmasına çağırış edən bir video mesaj da yazdırıb. Bu video mesajı yazdıran, hazırladan Kim onun yayımına da çoxlu vəsait və hətta özünəməxsus şəkildə “əmək” də sərf edib.
Bu hadisələrin kuliminasiya noqtəsi kimi qondarma soyqırım məsələsinin 100 illiyi ərəfəsində, yəni 2015-ci ildə Kardaşyan və əri ilk dəfə Ermənistana səfər ediblər. Bu səfər heç də təsadüfi deyildi və hadisələrin gedişi də təsdiq etdi ki, səfərdə məqsəd çox böyük bir oyuna xidmət olub. Beləki, elan olunaraq təşkil olunan, reklam xarakteri daşıyan bu səfər dünya mediasının diqqətini Kardaşyan və məşhur əri - reper Kanye West-ə və ən əsası onlarla birlikdə Ermənistana yönəltməkdən başqa bir şey deyildi.
Ermənistana məxsus mətbuat səhifələrində də etiraf olunur ki, Kardaşyan tez-tez Ağ Evdə görünür. Maraqlıdır, belə bir qadının, özü də qədim peşə sahibinin ABŞ kimi bu yekəlikdə dövlətin, Ağ Ev kimi bir dövlət binasında, həm də tez-tez görünməsi də təsadüfi ola bilməz. Bu qadın prezident deyil, baş nazir deyil, hansısa dövlət rəsmisi deyilsə onun Ağ Ev kimi rəsmi bir binada tez-tez görünməsinə nə ad vermək olar? Rəsmi sənəd imzalamağa, danışıqlar aparmağa, rəsmi görüşlər keçirməyə nə səlahiyyəti, nə də başı çatmayan bu “ulduz” o binaya nə ilə, yaxud nəyi ilə oraya yollanır? Son iki ildə Kimin iki dəfə ABŞ prezidenti Donald Tramp ilə görüşü də sirr deyil. Kardaşyanın Trampla yaxşı münasibətlərdə olduğu da vurğulanır. Münasibətlər demişkən, maraqlıdır, ABŞ kimi super dövlətin prezidenti ilə qədim peşə sahibinin hansı münasibəti ola bilər?
Erməni əsilli bu porno ulduzun tez-tez Ağ Evdə olması, Trampla münasibətlərinin olmasına istinad edərək və bu faktları əsas tutaraq, mənşəcə erməni olan Amerika konqresmeni Jackie Speyer, Kimi erməni icmasının "gizli silah"ı adlandırıb. Bu erməni əsilli hardasa haqlıdır və əgər rəsmi şəkildə erməni baş nazir tərəfindən qəbul edilən bu qadını Ermənistan hökuməti özünün “fəxri” hesab edirsə, deməli, Speyer haqlıdır da. Digər tərəfdən, axı Nikol Paşinyan öz qızlarının “tərbiyələndirilməsini” həvalə etdiyi və onunla dövlət səviyyəsində görüş təşkil etdiyi bir qadın silah deyilsə bəs nədir?
Mənşəcə erməni olan Amerika konqresmeni Jackie Speyer porno ulduzun məhz bu “keyfiyyətlərindən” məharətlə istifadə edib. Kardaşyanın Trampla münasibətləri sözün həqiqi mənasında onun işinə yarayıb. Belə bir şəraitdə “gizli silah” onun niyyətləri üçün vasitəyə çevrilib. Erməni soyqırımının tanınması üçün münasibətlərindən sui istifadə edərək ABŞ prezidentinə təsir göstərməsini Kardaşyanın ağlına məhz erməni əsilli Amerika konqresmeni salıb.
2019-cu ilin oktyabr ayında Ermənistana ikinci səfəri zamanı jurnalistlər Kimdən Tramp ilə qondarma soyqırımın tanınması məsələsini müzakirə edib-etmədiyini soruşduqları zaman da porno ulduz tutduğu bu iftira yolundan geri çəkilməyəcəyini şəxsən etiraf da edib.
“Mən bu mövzunu Ağ Evdəki insanlarla müzakirə etdim. Prezident Tramp ilə fərdi söhbətim olmadı, amma müşavirləri ilə danışdım. Bu mənim məqsədimdir və mən imtina etməyəcəyəm", deyə Kardaşyan bu saxtakarlığın, bu yalanın ayaq tutub yeriməsi üçün əlindən gələni edəcəyinə israrlı olduğunu da gizlətməyib.
Porno ulduz kimi məşhurlaşan bir erməninin 2019-cu ilin oktyabr ayında tarixi vətəninə səfəri Ermənistanın populyarlaşması üçün daha bir "silah" oldu. Ermənistanda Kardaşyan yalnız övladlarını xaç suyuna çəkmədi, eyni zamanda özü də xaç suyuna girdi. Bu barədə özünün milyonlarla izləyicisi olan instaqram səhifəsində də yazan Kim izləyicilərinə Ermənistanı tanıtmaq niyyəti güdürdü. Onun Ermənistanla bağlı qeydləri 10 milyondan çox izləyicinin diqqət mərkəzində olması bu porno ulduza Ermənistanı geniş spektrda reklam etməyə şans verirdi. Bundan da o məharətlə istifadə edə bildi. Dünyanın bir çox mətbuat səhifələrində də bu barədə yazıldı, Kardaşyanın reklam və təbliğat-təşfiqat maşını kimi istifadəsi vurğulandı.
Kim Kardaşyanın Ermənistana “xidməti” yalnız soyqırımın tanınması və ölkənin populyarlaşması uğrunda mübarizə ilə məhdudlaşmır. O, həmçinin Ermənistanda alt paltarı istehsalını açmaq niyyətində olduğunu da bildirib. Bu niyyətində də israrlı olduğunu isbat etmək üçün bu “ulduz” özünün istifadə etdiyi alt paltyarlarını da reklam etdirib. Hətta bu alt paltarlarının sərgisini də təşkil edərək, bu vasitə ilə də Ermənistana divident qazandırmağa çalışıb.
Maraqlıdır, başqa dövlətlər iqtisadiyyat sayəsində, istehsalla, idxal və ixrac potensialı ilə özünü doğrultmaq, ayaqda qalmaq strategiyası hazırladığı, bunu uğurla reallaşdıraraq, yəni reallaşmış qlobal layihələrlə dünya arenasına çıxmaq planladığı bir zamanda Ermənistan “köhnə peşə” sahibləri hazırlayıb dünyaya yayaraq onlara sığınmaqmı niyyətindədir? Ermənistanın “gizli silahı” deyəndə ermənilər belə porno ulduzları, “fəxr” etdikləri peşə sahiblərinimi nəzərdə tuturlar? Nikol Paşinyan bir baş nazir olaraq Kimə umud olaraq dövlət idarə edir? Bir dövlətin gələcəyi, əldə etdikləri, qazandığı və qazanacağı dividentləri Kimdən asılıdır?
Hər bir ölkə, elə köhnə qitədəki kapitalist ölkələrinin əksəriyyəti də özünün xaricə ixrac etdiyi
məhsullarla məşhurdur. Məsələn, Fransa parfumeriya məhsullarına görə, Hollandiya kənd təsərrüfatı məhsullarına görə artıq çoxdan məhşurlaşıb. Azərbaycan özü də neft ixracatçısı kimi tanınır. Maraqlıdır, yəqin ki, ermənilər də “köhnə peşə” sahiblərinin ixracına görə tanınmaq niyyətindədirlər. Əbəs yerə deyil ki, bu dövlətin baş naziri öz qızlarını, onların “tərbiyəsini” ölkəsinin “fəxri” hesab etdiyi Kim Karfdaşyana, dünyaca məhşur, bu mışhurluğundan necə gəldi istifadə edə bilən porno ulduza həvalə edib.