Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO
“Ermənistan daxilində qurulan rejim özünü xarici siyasi konjunkturdan asılı vəziyyətə salıb”
Burkina-Faso rəsmisi: BTQ ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik
Çində "Bavi" qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib
18 Noyabr 2019 20:52
5 173
Qüdrət Həsənquliyev: "Azərbaycanı sevən hər kəs ona sayğı ilə yanaşmalı, bu qərəzli kampaniyaya öz etirazını bildirməlidir"
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Milli Azadlıq Hərəkatının ən parlaq simalarından biridir.
Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədri Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə açıqlamasında deyib. BAXCP sədri Novella Cəfəroğluna qarşı sosial şəbəkələrdə aparılan kampaniyanın heç bir ölçüyə sığmadığını bildirib: "Novella xanım bütün varlığı ilə Azərbaycana, onun milli maraqlarına bağlı olan, vətənpərvər bir xanımdır. Onu ermənipərəstlikdə ittiham etmək sadəcə cahillikdir və bu, təkcə Novella xanımın tərcümeyi-halını bilməməkdən irəli gəlmir, düşünülmüş və qərəzli bir kampaniyadır ". Novella Cəfəroğluna qarşı ittihamları qətiyyətlə pislədiyini bildirən Qüdrət Həsənquliyev qeyd edib ki, Azərbaycanı sevən hər kəs ona sayğı ilə yanaşmalı, bu qərəzli kampaniyaya öz etirazını bildirməlidir. Novella xanıma qarşı küyə gedərək ədalətsizlik edən gənclər isə onun fəaliyyəti ilə yaxından tanış olmalıdırlar.