ABŞ Qarabağda minatəmizləmə işlərinə ayırdığı vəsaiti niyə dayandırıb? Siyasət

ABŞ Qarabağda minatəmizləmə işlərinə ayırdığı vəsaiti niyə dayandırıb?

Erməni lobbi təşkilatları və konqresmenlərin fəal səylərinə baxmayaraq, ABŞ-ın işğal altında olan Qarabağa birbaşa yardımının davam etdirilməsinə nail olmaq mümkün olmayıb. Tramp administrasiyası Qarabağda minadan təmizləmə proqramının həyata keçirilməsini ixtisara salmaq qərarına gəlib.
“Erməni Amerika araşdırmaları mərkəzi dəfələrlə Azərbaycan hakimiyyətinin işlərini, o cümlədən, ABŞ təhlükəsizlik şurasına öz maraqlarını irəli aparmaq üçün xərclədiyi vəsaitlər barədə məsələ qaldırıb. Məhz ABŞ Milli Təhlükəsizlik şurası bu proqramın gələcəyini müəyyənləşdirməlidir”, - deyə mərkəzin açıqlamasında bildirilib.
Erməni KİV xəbər verir ki, ingilis analitik Neyl Makfarleyn ABŞ-ın işğal altında olan Qarabağda minatəmizləmə işlərinə ayırdığı yardımı dayandırması məsələsini şərh edib.
Makfarleynin sözlərinə görə, bunun bir neçə səbəbi ola bilər. O qeyd edib ki, ABŞ illərdir azaldılan bir proqramla etdiyi müxtəlif yardımları bənzər ayrı-ayrı proqramlar vasitəsilə edərək, müəyyən bir siyasi rolunu davam etdirəcəyinə inanır.
Analitikin sözlərinə görə, bu cür bölgələrdə Amerika dəstəyinin azaldılması ilə bağlı Tramp administrasiya planları çoxdan var idi və üstəlik hətta prezidentlik kampaniyası dövründə də seçiləcəyi təqdirdə Trampın ABŞ tərəfindən maliyyələşdirilən proqramları dünya miqyasında əhəmiyyətli dərəcədə azaldacağı məlum idi.
“Buna ABŞ-ın daha yaxşı olması üçün qaynaqları Amerikaya xidmət etməli və Birləşmiş Ştatlar naminə istifadə edilməsi üçün açıqladığı şüarı kontekstində baxılmalıdır. Əslində bunun baş verməsi üçün bir prezidentlik dövrü yetərli idi. Baxmayaraq ki, bir sıra proqramlar ABŞ tərəfindən bir çox ölkələr üçün çoxdan bağlanıb. Yəni ABŞ-ın hazırki siyasəti xüsusiyyətləri ilə əlaqədardır və səbəblərdən biri məhz budur”, - Makfarleyn bildirib.
Eyni zamand, onun sözlərinə görə, Ermənistan Amerika münasibətlərində gizli məqam - bu qərarı müəyyən edən səbəblər var.
“Xüsusi səbəbləri deməkdə çətinlik çəkirəm. Sadəcə çox ehtimal olunan hal olaraq, ikitərəfli münasibətlərdə passivlik olduğunu deyə bilərəm. Amerika istiqamətində Ermənistan Respublikasının xarici siyasətinin çoxşaxəli olması barədə səfərlərlə danışıqlar istisna olmaqla konkret dəyişikliklər baş verməyib. Bunun üçün əsaslı səbəblərin olduğunu da istisna etmirəm. Son bir neçə il Ermənistan və ABŞ üçün olduqca çətin keçib. Çünki ABŞ-ın Rusiya və İranla mürəkkəb münasibətləri Ermənistanın ABŞ-la münasibətlər qurmaq məsələsini də çətinləşdirib. Ermənistan Amerika münasibətlərinə bu faktdan ciddi zərbə dəyməyib. Ancaq tərəflər arasında narazılıqlar olduqda münasibətləri yenidən nəzərdən keçirməyə məcbur edən bir sıra ehtiyatlılıq və hərəkətsizlik var”, - deyə Makfarleyn bildirib.
O qeyd edib ki, ABŞ daha məhdud resurslarla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bəlkə siyasi rol oynamağa davam edə bilər.
“Uzun müddətli bir layihədən sonra hər hansı bir layihənin azaldılması və bunun başqa bir layihə ilə əvəzlənməyəcəyini düşünmürəm”, - deyə analitik bildirib.
O, bu qərarın həll prosesinə əhəmiyyətli təsir göstərəcəyini düşünmür: “Çünki ATƏT-in Minsk qrupunun həmsədrliyi dövründə baş verən proses ayrıca məntiqlə davam edir. Bir çox hallarda super güclərin dövlətlərarası münasibətlərindəki gərginlik, təlatümlər və bir sıra digər hallardan asılıdır”.