31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür – 1-ci yazı Siyasət

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür – 1-ci yazı

31 Mart günü dünya tarixinin insan ağlına sığmayan ən qanlı səhifəsini özündə inikas və təcəssüm etdirən bir gündür. Bu gün həm də XX əsrdə başdan-başa Azərbaycan türkünə qarşı aparılmış və günü bu gün də aparılan etnik təmizləmə və soyqırımı siyasətinin, habelə rus imperializmi ilə erməni-daşnak faşistlərinin iş birliyinin nə olduğunu ən bariz şəkildə simvollaşdıran bir gündür. Bu günün tarixi rus imperiyasının müstəmləkəçilik siyasətinin nəticə verdiyi ilk gündən, Asərbaycan türkünün öz tarixi torpaqlarından – Qərbi Asərbaycandan (indiki Ermənistan) və Azərbaycanın Mərkəzi bölgəsi olan Qarabağdan, öz doğma yurd-yuvalarından didərgin salındığı və bununla bağlı İran və Türkiyə ərazilərindən erməni ailələrinin bu torpaqlara kütləvi şəkildə köçürüldüyü gündən başlayır. Bir sözlə, matəm mənşəyini etnik təmizləmə siyasətinə məruz qaldığımız, soyqırım fəlakəti və faciələrinə düçar olduğumuz gündən, öz başlanğıcını Şimali Azərbaycan torpaqlarının çar Rusiyası tərəfindən işğala məruz qaldığı günlərdən, aylardan, illərdən alır.
***
XIX və XX əsrlər Asərbaycan tarixinin olum-qalım, ölüm-di¬rim, Asərbaycan türklərinin soyqırımı və etnik təmizləmə siya¬sətinə məruz qalma əsrləridir. Əlahəzrət faktlar nələr demir: “Çar Rusiyası Asərbaycan xanlıqlarını işğal etdiyi 1796-1828-ci illəri əhatə edən 32 il ərzində Gəncədə (03.01.1804; 13.09.1826), Böyük Qarakilsədə və Gümrüdə (iyul 1804), Arpaçayda (18.06.1807), İrəvanda (02.07.1804; 16-17.11.1807; 01.10.1810), Aslandüzdə (19.10.1812), bir nəfər də olsun fars və erməni ünsürünün yaşamadığı Mığrıda (iyul 1810), Lənkəranda (31.12.1812), Şəmkirdə (02.02.1826), Şəkidə (14.10.1826), Şuşa və Qubada ardarda amansız qır¬ğınlar törətdi.
10 minlərlə insan qətlə yetirildi, 100 minlərlə insan yurd-yuvasından didərgin salındı; 581 yaşayış məntəqəsi top atəşinə tutulub dağıdıldı. Bu kəndlərdən 329-u xarabazarlığa çevirilir, varlığı yer üzündən silinir, 208-də isə gəlmə ermənilər məskunlaşır; çar Rusiyası tərəfindən 10 Azərbaycan xanlığı ilhaq edilir, vahid xalq iki yerə bölünür; 1807-1813, 1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri zamanı İran və Türkiyədən 130 min, 1820-1920-ci illər ərzində isə 600 min erməni İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə köçürülür;
***
1828-ci il mart ayını 21-də çar I Nikolay tərəfindən verilən fərman əsasında 1111 kəndin ancaq 62-də ermənilərin yaşadığı bir ərazidə süni şəkildə qondarma “erməni vilayəti” təsis edilir; erməni-daşnak faşistlərinin 1905-07-ci illərdə törətdikləri qətliamlar və etnik təmizləmə siyasəti aparmaları nəticəsində İrəvan və Gəncə quberniyalarında Asərbaycan türkləri yaşayan 200 kənd, 1917-20-ci illərdə İrəvan quberniyasında 211, Gəncə quberniyasında 272, Şamaxıda 72, Qubada 162, Qars vilayətində 92 kənd canlı aləmdən təcrid edilir; 1948-53-cü illərdə könüllü köçürmə adı altında Asərbaycan türkləri ya¬şayan 229 kəndin 144 min əhalisi Ermənistan SSR-dən deportasiya edilir; 1988-91-ci illərdə Qərbi Azərbaycanın 172 yekcins və 94 qarışıq kəndində, iri şəhər və qəsəbələrində yaşayan 263 min Azərbaycan türkü yurd-yuvasından didərgin düşür. Doğma ocağını tərk etmək istəməyən soydaşlarımızdan 236 nəfəri isə qətlə yetirilir; 1988-1994-cü illərdə Qarabağ bölgəsinin 900 yaşayış məntəqəsi - şəhər, qəsəbə və kəndlər düşmən ordusunun artilleriya atəşləri altında qalır, eyni ssenari üzrə ardarda boşaldılaraq erməni-daşnak faşistlərinin işğalına təslim edilir. 30 min Azərbaycan türkü qətlə yetirilir. Ümumiyyətlə, ötən 200 il ərzində erməni-daşnak faşistlərinin işğalı altında olan Azərbaycan torpaqlarında 3 mindən çox yaşayış mən¬təqəsi - şəhər, qəsəbə və kəndlər xarabazara çevirilir, 1 milyon 100 minə yaxın Azərbaycan türkü qətlə yetirilir, 2,5 milyon soydaşımız zaman-zaman yurd-yuvasından, doğma torpaqlarından, ev-eşiyindən, dədə-baba ocaqlarından didərgin salınır.
Saxta sovet ideologiyasının antitürk və antitürk tarixçilik siyasəti əsasında yazılan “Azərbaycan tarixi” kitabları bu qanlı səhifələri uzun illər bizdən gizlətdi.
***

“Böyük Ermənistan” böyük erməni yalanıdır, torpaqsız xalqın torpaq iddiasıdır. Zaman-zaman Qərbin və çar Rusiyasının əzib erməni dı¬ğa¬larının damağına səpdiyi qənd tozu, şirin-şəkər şirəsidir. Yurdsuz-yuvasız, vətənsiz ermənilər nankorcasına xəyanətlərinin barını-bəhrəsini dərməyə başladılar. Azərbaycan erməni xəyanəti ilə rus ilhaqının məngənəsində boğuldu.
Nə yazıqlar ki, hələ 1701-ci ildə görüşü zamanı 1-ci Pyotrun bey¬nəlxalq dərəcəli dələduz statusu almış Hindistan ermənisi İsrail Oridən əxz etdiyi - Rusiyanın gələcək cənub sərhədlərində erməni dövləti yaratmaq ideyasını - ilhaq quyusuna atdığı daşı bu quyudan çıxarıb kənara tullamağa nə bizim gücümüz çatdı, nə də bir ağıllı rus bəndəsi tapılmadı ki, erməni xəyanətinə dur desin. Yeri gəlmişkən qeyd edək ki, Bi¬rin¬ci Dünya müharibəsi zamanı Osmanlı imperiyasının çöküşündə də bu bəlanın, erməni xəyanətinin rolu az olmamışdı.
Bu bəlalar seriyalı öz pik nöqtəsinə 1918-ci ilin 31 mart günündə çatdı...
Erməni daşnak faşistləri 31 Mart qətliamını törətməyə tam hazır idilər. Çünki erməni-daşnak faşistləri 1905-07-ci illərdə dünya birliyinin gözü qarşısında açıq-aşkar şəkildə Azərbaycan türklərinin qətliamına fərman verdilər və XX əsrin ilk soyqırımı faciəsini tö¬rətdilər. Həm də bu vəhşətə, bu qanlı cinayətə imza ataraq dünyada ilk dəfə soyqırım faciəsinin və anlayışının nə olduğunu dünya birliyinin gözü qarşısında əyani şəkildə nümayiş etdirdilər. Rus ordusunun sərhədyanı kazak dəstələrinin canlı qüvvəsindən və silahlarından kifayət qədər kömək alan erməni-daşnak faşistləri Qərbi və Şərqi Asərbaycanın ayrı-ayrı bölgələrində, xüsusilə Yelzavetpol (Gəncə) quberniyasının Zəngəzur və Cavanşir qəzalarında ağlagəlməz qırğınlar, qətliamlar törətdilər. Uşaq, qadın, qoca demədən adı türk olanı qətlə yetirdilər. Bu bəşəri cinayətin bədəlini erməni-daşnak faşistlərinə ödədən bir kimsə tapılmadı, haqq-ədalət divanı quran, gözün üstə qaşın var deyən olmadı.
Həmin illərdə özünümüdafiə zəminində yaradılan və erməni təhlükəsinə dirəniş göstərməyə cəhd edən “Difai” təşkilatı çar Rusiyası tərəfindən beşiyindəcə boğuldu, yerli-dibli məhv edildi. Öz himayəsi altında 1890-92-ci illərdə məxsusi orduya malik siyasi terror təşkilatı kimi yaratdığı, bu soyqırımın təşkilatçısı, iştirak-çısı və rəhbəri olan Daşnaksütyun partiyasının isə başını tumarladı, telinə sığal çəkdi. Dişləri türk qanına batdıqca ermənilərin iştahı artdı, daha da şirnikləndilər. Lakin 1917-ci il Oktyabr inqilabından sonra çar Rusiyasının çöküşü yersiz-yurdsuz ermənilərin Azərbaycan torpaqlarından öncə Anadoluda özlərinə dövlət qurmaq, Anadolu torpağının bir hissəsini özlərinə vətən etmək istəklərini puç etdi, arzuları gözlərində qaldı. Osmanlı imperiyasına qarşı döyüşən Qafqas ordusunun Sovet Rusiyası tərəfindən buraxılması bu ordunun tərkibində döyüşən 250 minlik erməni silahlısının geri dönmələrinə, silahsız, müdafiəsiz və köməksiz qalan, heç bir hərbi-siyasi qurumu olmayan mülki, əliyalın Azərbaycan türklərinə qarşı silah çevirmələrinə eninə-boyuna qucaq açdı. Quduzlaşmış erməni-daşnak yaraqlıları - türk qanı içməkdən doymaq bilməyən Andronik, Dro, Nijde kimi peşəkar hərb canilərinin, Antanta casuslarının, agentlərinin pəhbərliyi altında Azərbaycanın həm Quzeyinə, həm də Güneyinə daraşdılar. Olmazın vəhşiliklər, qırğınlar, qətliamlara meydan verdilər. Başdan-başa bütöv Asərbaycanı al qana boyadılar.
Asərbaycan türkünün 1917-1918-ci illərdəki soyqırımı faciəsi öz kulminasiya nöqtəsinə Bakıda, 1918-ci il 31 mart günündə çatdı. Türk qanı içməyə hazır bir məxluqatın, bolşevik cil¬dinə girmiş daşnak başkəsəni S.Şaumyanın – RSFSR XKS-nin sədrinin “Nəyin bahasına olursa-olsun, Bakı neftini əldən verməmək yolunda baş sındırın, hətta bu işin baş tutması mümkün olmadıqda bütün Bakını və onun neft mədənlərini od vurub yandırın” göstərişini verən, yazan V.İ.Lenin tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilməsi erməni-daşnak faşistlərinin Bakıda qeyri-insani bir qətliam törətmələrinin təməlini qoydu. Məhz onun həmin vəzifəyə təyin edildiyi andan, hüdudsuz səlahiyyətlər əldə etdiyi tarixdən – 1917-ci ilin dekabr ayından başlayaraq təpədən dırnağadək silahlanmış erməni-daşnak terror qrupları və hərbi birləşmələri Azərbaycanın dörd bir yanından şəhər və kəndlərimizə həmlələr etdilər. Azərbaycan türklərinin qətliamına, kütləvi şəkildə kəsilib doğranmalarına, yurd-yuvalarından didərgin salınmalarına rəvac verdilər.
Əlisahib ƏROĞUL