Kamli Vəli ibn “Vanka-Vstanka“ Siyasət

Kamli Vəli ibn “Vanka-Vstanka“

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli Kamil Vəli Nərimanoğlunun "Azadlıq" qəzetinə yazdığı "Əl-müxalifət və əl müxalifəti" adlı yazısına özünəməxsus replika ilə cavab verib. Elçin Mirzəbəyli qeyd edib ki, Kamil Vəli Nərimanoğlu köşəsayaq çızmaqarasında özünü gülünc vəziyyətə qoyub: "Ona elə gəlir ki, böyük tapıntı edib və bir zamanlar "zurnaçı", "züytutan" və s. epitetlərlə bəzədiyi Əli Kərimlini "əl müxalifət", digərlərini isə "əl müxalifəti" adlandırıb. Öncə dildən, əxlaqdan və imandan bixəbər Kamil Vəli Nər İmanoğlunun diqqətinə çatdırım ki, "əl" kəlməsinin Azərbaycan və Türkiyə türkcəsində heç bir qarşılıqlı anlamı yoxdur. Bəzi hallarda gücləndirici funksiyasını yerində yetirir. Bu sözün ingilis və fransız dillərində təxmini qarşılığı var. Məsələn, ingiliscədə "The", fransızcada "La" anlamına gəlir və Kamil Vəlinin özü kimi ayrılıqda heç bir məna kəsb etmir. İndiki halda Kamil Vəli "əl müxalifət" deyimini "tək müxalifət" kimi təqdim etməyə çalışıb, amma alınmayıb. Çünki "əl müxalifət" deyimi sadəcə "bu müxalifət" anlamına gəlir... Yəni, hansı müxalifət? "Bu müxalifət..." Hansı? Bu...
Kamil Vəli Azərbaycan türkcəsində olan başqa bir sözü isə unudub. Məsələn, mən "əl" sözönünün əvəzinə "əlil" sözünü işlətsəm bu, Kamil Vəli anlamına gələcək. Yəni, "əlil müxalifət", yəni Kamil Vəli Nərimanoğlu. Söhbət mənəvi əlillikdən, şikəstlikdən gedir. Çünki 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyətdən gedəndən sonra Kamil Vəli baş nazirin müavini kimi vəzifəsində qaldı. Onu baş nazirin müavini təyin edən şəxsin göstərişinə əməl etmədi, təmsil etdiyi komandaya xəyanət etdi. Mərhum prezident Heydər Əliyev də öz mənəvi prinsiplərindən çıxış edərək liderinə xəyanət edən Kamli Vəlini məhşur el məsəlində olduğu kimi... qapıdan qovdu. Kamil Vəli indiki hakimiyyətin sıralarından da mənəvi cəhətdən əlil kimi qovuldu və o gündən bəri əlil müxalifət funksiyasını yerinə yetirir. Onun mənəvi cəhətdən əlil olduğunu sübuta yetirən başqa bir fakt isə o vaxt Heydər Əliyevin keçirdiyi bir müşavirədə başını "vanka-vstanka" oyuncağı (Sovet dövründə Azərbaycanda bu oyuncağa "yatan-duran kukla" deyirdilər) kimi tərpətməsi ilə bağlıdır. Mərhum prezident Heydər Əliyevin hər sözündən sonra Kamil Vəlinin başı təsdiq əlaməti olaraq aşağı enirdi. Enirdi-qalxırdı, enirdi qalxırdı... Buna görə, onu "Vanka-vstanka" Kamil, yaxud "parkinson Kamil" deyə də çağırırdılar. Bu adam abrına qısılıb susmaq əvəzinə hələ bir danışır da. Əgər Kamil Vəlinin epitetlərindən danışsaq o zaman heç bir şey, hətta ərəbcədən qapdığı sözönü "əl"lər də döməyə gəlməyəcək. Ona görə ki, ƏLlərdə qalıb".