Aprel döyüşlərində olduğu kimi Ermənistan bu döyüşlər zamanı da itkilərini gizlədir - Müdafiə Nazirliyi Siyasət

Aprel döyüşlərində olduğu kimi Ermənistan bu döyüşlər zamanı da itkilərini gizlədir - Müdafiə Nazirliyi

12 iyulda Ermənistan əvvəlcə yüngül silahlardan mövqelərimizi atəşə tutmağa başladı, daha sonra ağır silahlardan istifadə etməklə həm mövqelərimizi, həm də mülki yaşayış məntəqələrini atəşə tutmağa başladı.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bu gün keçirilən mətbuat konfransında deyib.

V.Dərgahlıə bildirib ki, Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində düşmənin hücumun qarısı alındı, Ermənistanın yüzlərlə hərbi qulluqçusu, texnikası, dayaq məntəqələri məhv edildi.

V.Dərgahlı vurğulayıb ki, aprel döyüşlərində olduğu kimi Ermənistan rəhbərliyi bu döyüşlər zamanı da itkilərini gizlədir: “Yəqin ki, bir müddət keçəcək ki, Ermənistan tərəfi itkilərini müxtəlif adlar altında üzə çıxaracaq”.

V.Dərgahlı vurğulayıb ki, döyüşlərdə məhv edilənlər arasında Suriya və Yaxın Şərq ölkələrdən Ermənistana köç etmiş ermənilərin də olduğu ehtimal edilir.

MN nazirliyi rəsmisi xüsusi olaraq qeyd edib ki, bu döyüşlər zamanı hər hansı ərazi itkisi olmayıb: “Bəzi bəlli olmayan mənbələr tərəfindən yayılan hansısa ərazi itkisinin olması barədə məlumatları qəti şəkildə rədd edirik və bildirirk ki, heç bir ərazi itkisi olmayıb”.