Azərbaycan XİN Mnatsakanyana cavab verib Siyasət
- 15 Sentyabr 2020 11:05
- 1 862
Ermənistan Xarici İşlər naziri Z.Mnatsakanyanın Misir Ərəb Respublikasına səfəri çərçivəsində səsləndirdiyi fikirlər, yüz minlərlə müsəlman azərbaycanlını qanlı etnik təmizləməyə məruz qoyaraq evlərindən didərgin salan, Xocalıda bir gecədə 613 mülki şəxsi yalnız azərbaycanlı və müsəlman olduqları üçün qəddarlıqla qətlə yetirən, Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman irsini məhv edərək, məscidləri talan edən bir ölkənin rəsmisinin riyakarlığının bariz nümunəsidir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında deyilir.
Açıqlamada deyilir: "Dövlət siyasətinin ideoloji əsasını terrorçuluq təşkil edən Ermənistan 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı terror əməliyyatlarından geniş istifadə edib. Azərbaycan ərazisində sərnişin avtobusları, qatarları və Bakı metrosunun partlayışı ilə müşahidə olunan 30-dan çox terror aktı nəticəsində 2000-dən çox mülki şəxs həlak olub.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun ilhaqında terror vasitələrindən geniş istifadə edən Ermənistanın, hərbi əməliyyatlara xarici ölkələrdən, xüsusilə Yaxın Şərq bölgəsindən olan terrorçu muzdluları cəlb etməsi məlum bir faktdır. Sonradan bu terrorçuları dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın əsl siması elə ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən qatı terrorçu Monte Melkonian kimilərinin nümunəsində özünü göstərir.
1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Qardaş Türkiyənin 24 diplomatı erməni terrorçuluğunun qurbanı olub.
Bütün bu sadalananlar fonunda təcavüzkar Ermənistanın Xarici İşlər nazirinin müsəlman ölkələri ilə dostluq və sıx əməkdaşlıqdan bəhs etməsi, regional və qlobal təhlükəsizlikdən danışması cəfəngiyatdan başqa bir şey deyildir.
Təcavüzkar Ermənistanın saxta və cəfəng iddialarını və bəyanatlarını qətiyyətlə rədd edir, bu ölkənin BMT TŞ-nin 1993-cü il tarixli qətnamələri, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul etdiyi çoxsaylı qətnamələrə əməl etməsini tələb edirik".
- 08:12
- 112
- 28 Aprel 14:25
- 1 484
- 27 Aprel 12:20
- 2 289
-
Əliyar Ağayevin idarə etdiyi oyunda Fatih Terimin komandası uduzub
-
Keniyada daşqınlar nəticəsində 90-dan çox insan həlak olub
-
Qərbin Rusiya qarşı planlarının Ukrayna və Ermənistan üzərindən icrası çətinləşir
-
Meksikada avtobus qəzaya uğrayıb, 14 nəfər ölüb
-
Dubayda Əl Maktum hava limanının genişləndirilməsinə vəsait ayırılacaq
-
Ukraynanln 250 min əsgərin səfərbərliyinə ehtiyacı var
-
İslam İnkişaf Bankı Qrupu özünün qızıl yubileyini qeyd edir - VİDEO/FOTO
-
Səudiyyə Ərəbistanı XİN Avropanı Fələstin dövlətinin yaradılmasını dəstəkləməyə çağırıb
-
DİN aksiyaçılara xəbərdarlıq edib
-
Jurnalist qarşıdurmada xəsarət alıb
-
ABŞ-da tornadolar nəticəsində üç nəfər ölüb
-
Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub
-
Çevrilişə cəhd zamanı şəhid olan Ömər Xalisdəmirin qardaşı Bakıya gəlib
-
İslam maliyyə prinsipləri innovasiya potensialının açılmasında mühüm rol oynaya bilər – İİB sədri
-
Azərbaycan və Səudiyyə Ərəbistanı energetika sektorunda birgə fəaliyyət imkanlarını müzakirə ediblər - FOTO
-
Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTO
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
-
Sabahın hava PROQNOZU
-
Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb
-
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib - FOTO/VİDEO
-
Zəngilanda silah-sursat aşkarlanıb
-
Cəlilabadda mebel sexində yanğın olub
-
Britaniya ordusu 2030-cu ilə qədər hipersəs raketinə sahib ola bilər
-
Eritreya sahillərində 5,0 bal gücündə zəlzələ baş verib
-
ƏHD Partiyası Göyçay rayon təşkilatının sədri vəfat edib - Başsağlığı
-
Qırğız Mədəniyyəti Günləri başa çatıb
-
Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
-
Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıb
-
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” konfransı keçirilib
-
Ermənistan MN aksiyada iştirak etdiyi iddia olunan hərbi formalı şəxslərin kimliyini araşdırır
-
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
-
Traktor çağırış kubokunun 8 komandası sırasında qərarlaşıb
-
Ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
-
Yanvar-mart aylarında Portuqaliyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb
-
Yevlaxda “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda müşavirə keçirilir
-
Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır - Səttar Möhbalıyev
-
Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər - FOTO
-
Premyer Liqada XXXII turun hakimləri açıqlanıb
-
Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?
-
Paytaxtın bu şosesində təmir aparılır
-
Sabah hava necə olacaq? - PROQNOZ
-
Dövlət Komitəsində MƏP təmsilçiləri ilə görüş keçirilib
-
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
-
Zelenski Silahlı Qüvvələrin Dəstək Qrupunun komandanını vəzifəsindən azad edib
-
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
-
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
-
Çin ABŞ-ni "qırmızı xətt"i keçməməyə və tərəfdaş olmağa çağırıb
-
Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb
-
Erməni deputat: Qazaxla sərhədin delimitasiyası texniki cəhətdən başa çatıb
-
Ştaynmayer Prezident İlham Əliyevi qarşılayıb
-
Regionda sülh və sabitliyin təmin olunmasına çalışırıq – Ərdoğan
-
Bakının bir rayonunda qaz kəsiləcək
-
Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
-
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - YENİLƏNİB
-
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
-
Ermənistan Milli Yığıncağına Rusiya Federasiya Şurasından sorğu daxil olub
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib - FOTO
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub - FOTO
-
“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir