
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 15-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, məktubda Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı barədə son məlumatlar verilib.
Xüsusi vurğulanıb ki, təxribatın ilk saatlarından etibarən qardaş Türkiyə bütün səviyyələrdə bu xain təcavüz aktını qətiyyətlə pisləyib və hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib.
Türkiyə Respublikasının Prezidenti və Vitse-prezidentinin, müvafiq dövlət qurumlarının rəhbərlərinin, parlament üzvlərinin və ümumiyyətlə, bütün qardaş türk xalqının Ermənistanın təcavüz aktına qəti və birmənalı münasibət bildirməsi Azərbaycanın öz haqq işində yalnız olmadığının göstəricisi kimi qiymətləndirilib.