“Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri Prezident İlham Əliyevə məktub göndərib Siyasət

“Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri Prezident İlham Əliyevə məktub göndərib

“Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri Malik Ayyub Sumbaldan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli cənab Prezident İlham Əliyev,

“Azərbaycanın Dostları” Ermənistanın mülki insanları hədəfə alaraq Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə qarşı həyata keçirdiyi raket hücumunu və bunun nəticəsində günahsız insanların həlak olmasını kəskin şəkildə pisləyir.

Bu hücum Ermənistan tərəfindən günahsız insanlara qarşı törədilmiş açıq-aşkar təcavüz aktıdır və müharibə cinayəti hesab edilir.

Ermənistanın atəşkəs haqqında razılaşmanı pozaraq mülki əhalini davamlı şəkildə hədəfə alması onun Azərbaycana qarşı yürütdüyü təcavüzkar planlarının və siyasətinin təzahürüdür.

“Azərbaycanın Dostları” bu çətin vaxtda Azərbaycan vətəndaşı və Azərbaycan hökumətinin yanındadır və biz Azərbaycan Respublikasının torpağı olan Dağlıq-Qarabağla bağlı ölkənizin prinsipial mövqeyini dəstəkləməkdə davam edəcəyik.

Mən Sizə Gəncə şəhərinə hücum zamanı insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Erməni vəhşiliyi nəticəsində yaralanmış insanlara isə tezliklə şəfa tapmalarını diləyirəm.

Allah Sizi və Azərbaycan xalqını qorusun! Amin.