İtaliyada Azərbaycan təcrübəsi Siyasət

İtaliyada Azərbaycan təcrübəsi

Sabah Romanın Mərkəzi Konqres salonunda "İslam әnәnәli dövlәtlәrdә dini birgәyaşayış. Müsәlman ölkәsindә müxtәlif dinlәrin yanaşı mövcudluğu: Azәrbaycanın tәcrübәsi" adlı konfrans öz işinə başlayacaq.
Azәrbaycan-İtaliya Parlamentlәrarası işçi qrupunun vә Azәrbaycan-İtaliya Assosiasiyasının Tәşәbbüsü vә İtaliya Senatının dәstәyi ilә Azәrbaycan Milli Mәclisi tәrәfindәn tәşkil edilәn konfransda islam әnәnәlәri mövcud olan dövlәtlәrdә müsәlmanların, xristianların vә yәhudilәrin birgә yaşayışı ilә bağlı hazırkı vәziyyәt müzakirə olunacaq. Bununla әlaqәdar bir sıra ölkәlәrdәn, ilkin olaraq dini tolerantlıq nümunәsi olan Azәrbaycandan danışılacaq. Daha sonra Livan, Misir, Türkiyә kimi digәr çoxdinli dövlәtlәrdәn bәhs edilәcәk.
Qeyd edək ki, konfransda iştirak etmək üçün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin hüquq və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli, millət vəkilləri Azər Kərimli, Qüdrət Həsənquliyev, Yevda Abramov, dini konfessiyaların təmsilçiləri və digər şəxslər İtaliyaya gəliblər.
Tәdbirdә Azәrbaycan təmsilçiləri ilə yanaşı İtaliya, Vatikan Dövlәti vә digәr dövlәtlәrin
siyasi vә dini qurumlarının, elәcә dә elmi-tәdqiqat mәrkәzlәrinin nümayәndәlәrinin iştirakı gözlənilir.

Elçin Mirzəbəyli

"Via della seta" (İpək Yolu) jurnalının baş redaktoru
Roma, İtaliya