Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
10 İyun 2021 20:54
4 522
Əziz Əlibəyli: “Rusiya artıq Azərbaycanla Ermənistansız addımlar atmaqda maraqlıdır”
“Artıq elə bir siyasi mühit yetişib ki, Azərbaycan tərəfi özünün xarici siyasətini qalibiyyətə əsasən qurub və 44 günlük müharibə dönəmində də bunu göstərdi”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib. O, bildirib ki, buna görə də qalib gələn bir ölkənin hüquqa əsaslanması, məntiqli şəkildə addım atması və təbii ki, müharibə cinayətkarlarını cəzalandırıb torpaqlarını işğaldan azad etməsi kontekstində kifayət qədər haqlı olması ilə yanaşı, güc mərkəzi olmasını da önə çıxardı. Bu güc mərkəzi ilə hesablaşan bir sıra qüvələr var. O cümlədən də Rusiyanın həm regiondakı güc olaraq ortaya qoyduğu mövqe, Azərbaycanla hesablaşması göstərir ki, bu da xüsusi bir mərhələ təşkil edir. Yəni əsas yanaşma tam olaraq ondan ibarətdir ki, Rusiya artıq bölgənin taleyini həll etmək üçün Azərbaycanla Ermənistansız addımlar atmaqda maraqlıdır. Lavrovun verdiyi açıqlamalar da onu göstərir ki, cənab Prezident tərəfindən deyilən status məsələsi artıq bitib. Hazırda bu Rusiya üçün aktual deyil. Çünki bizim daha ciddi məsələlərimiz var. İndi prioritet müharibədən sonrakı dönəmdə kommunikasiya xətlərinin açılması, tərəflərin iqtisadi imkanlarının genişlənməsi, bundan faydalanması və regionda sülh platformasının inşa edilməsinə aparan bir şəraitin yaradılmasıdır”.
Əli Zülfüqaroğlu
15 Sentyabr 22:46
651
15 Sentyabr 19:06
826
15 Sentyabr 18:54
1 176