"Qərb Azərbaycanı istəyəcəksə, Azərbaycan da onu istəyəcək"
Ağ Yol Vətəndaş Hərəkatının rəsmi focebook səhifəsində və 550 minlik eyni adlı qrupunda və tiviter hesabında ABŞ –Azərbaycan münasibətləri müzakirəyə çıxarılıb. Paylaşılmış statusda deyilir:" ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın Azərbaycana səfərini ölkəmiz üçün uğurlu hesab etmək olar.
ABŞ-ın Azərbaycanı tənqid etmək cəhdləri və Azərbaycana layiq olduğu dəyəri verməməsi cəmiyyətdə də müsbət qarşılanmırdı. Hər gün müxtəlif təşkilatlar, fərdlər və sıravi vətəndaşlar ABŞ-ın birtərəfli siyasəti ilə bağlı etiraz kampaniyası keçirirdilər. "Ağ Yol" Vətəndaş Hərəkatı da çox böyük əmək sərf etmişdi. Bu nəticəsini verdi və iki ölkə arasında daha dərin əməkdaşlıq üçün zəmin yarandı.
ABŞ Azərbaycan hakimiyyəti ilə işbirliyindədir və Azərbaycanın həm enerji , həm də təhlükəsizlik məsələlərində qlobal dünyaya verdiyi töhvələrdən məmnundur. Bu dəstək həm Azərbaycana, həm də Amerikaya lazımdır.
ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlıq edir və ölkəmiz bu sahədə Qərbin ən dayanıqlı və sabit strateji tərəfdaşlarından biridir. ABŞ-ın neft və qaz şirkətləri Azərbaycana milyardlarla dollar sərmayə yatırıblar və bu sərmayələrin qarantı hazırkı hakimiyyədir. Məgər ölkədə sabitlik və dayanıqlı inkişaf olmasaydı, bu sərmayələr mümkün olardımı və ya onların təhlükəsizliyinə zəmanət verilə bilərdimi? Təbii ki, xeyr!
Azərbaycan təhlükəsizlik alanında da ABŞ-la bərabər hərəkət edib. Əfqanistan, İraq və Kosovada sülhməramlı əməliyyatlarda iştirak edib və qlobal terrorla mübarizədə hər zaman Qərbin yanında olub. Bu gün də Qərbin yanındadır.
Bu gün Azərbaycan Cənub Qaz Dəhlizi layhəsinin reallaşdırmaqla Qərbin enerji təhlükəsizliyinin təminatında əsas rollardan birini oynayacaq. Azərbaycan hakimiyyəti bunu realizə etmək üçün nəhəng çabalar göstərərək buna nail olub.
Bakı-Tiflis-Ceyhan layihəsi Qərblə strateji tərəfdaşlıqda həyata keçirilib. Azərbaycan Qərbin strateji tərəfdaşıdır və bunun davam etməsi üçün qarşılıqlı istək olmalıdır. Qərb Azərbaycanı istəyəcəksə, Azərbaycan da onu istəyəcək. Bu hər zaman belə olub və belə olmaqda da davam edəcək".
Əli