"AXC Tv-də Pənah Hüseynlə Elman Nəsirovun debatı olub" Siyasət

"AXC Tv-də Pənah Hüseynlə Elman Nəsirovun debatı olub"

BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı aparıcı olduğu AXC TV-də "Həftənin yekunu"nun bu dəfəki qonaqları keçmiş baş nazir, AXP sədri Pənah Hüseyn və YAP Nəzarət Təftiş Komissiyasının üzvü, millət vəkili Elman Nəsirov olub. Verlişdə Ermənistanda son parlament seçkilərində Paşinyanın qalib gəlmə səbəbləri və Rusiyanin Paşinya hökümətinə bundan sonraki münasibəti, Paşinyanın hakimiyyətdə qalmasında Rusiya ilə Türkiyənin qeyri-rəsmi razılığı, yaxın aylarda Azərbaycanla Ermənistan arasında rəsmi sülh sazişinin imzalanması perespektivləri, Azərbaycanla Türkiyə arasında imzalanan "Şuşa bəyannaməsi, 48 siyasi partiyanın imzalanan bəyannaməyə dəstəyi və bu dəstəyə imza atmayan 2 partiyanın qoşulmama səbəbləri, son günlər Milli Məclisdə cərimələrin, rüsumların 40 dəfəyə qədər qaldırılması ilə bağlı hazirlanan qanun layihələrinə sosial şəbəkələrdə kütləvi etirazlar və digər məsələrlə bağlı olub. Həmin verlişin videosunu təqdim edirik: