Medallara görə narazılıq edənlərlə bağlı tapşırıqlar verilib - Müdafiə Nazirliyi Siyasət

Medallara görə narazılıq edənlərlə bağlı tapşırıqlar verilib - Müdafiə Nazirliyi

Müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş tərəfimizdən qəbul edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş zamanı bildirilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.

Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.