Milli Məclisin nümayəndə heyəti Estoniya Respublikasına rəsmi səfərə gəlib Siyasət

Milli Məclisin nümayəndə heyəti Estoniya Respublikasına rəsmi səfərə gəlib

Fevralın 6-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Estoniya Respublikasına rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, nümayəndə heyətini Tallinn Lennart Meri hava limanında Estoniyanın Azərbaycandakı səfiri xanım Anneli Kolk, ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin Estoniya Respublikasının prezidenti, parlamentin sədri və ölkənin digər rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.