QHT anlayışı və bu sahədəki qanunvericilik Layihə

QHT anlayışı və bu sahədəki qanunvericilik

Azərbaycanda "3-cü sektor" nə tələb edir?

Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin hazırladığı kitabda cəmiyyətdə QHT biliklərinin artırılması, onların yeni-yeni sosial layihələr arzusunu reallaşdırmaq və lazımı məlumatlar toplamaq imkanlarından bəhs olunur.
İlk baxışdan Qeyri-hökumət təşkilatı dedikdə məlum olur ki, bu qurumlar hökumətdən və onun struktur orqanlarından asılı deyillər. Qeyri-hökumət təşkilatlarına çox zaman mənfəət gətirməyən təşkilatlar da deyirlər ki, həqiqətən bu qurumlar biznes sahəsinə aid deyillər və onlar maddi qazanc əldə olunmasında istiqamətlənməyiblər. Bu qurumlar könüllü şəkildə yaradılan, özlərini müstəqil idarə edən, siyasi fəaliyyətlə məşğul olmayan, fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə etdiyi gəliri təsisçiləri və üzvləri arasında bölməyən təşkilatlardır. İlk növbədə, qeyri- hökumət təşkilatları dövlət strukturlarının tərkib hissəsi olmayan və ümumiyyətlə dövlət bölməsinə aid olmayan təşkilatlardır. Qeyri-hökumət təşkilatları dövlət orqanları, idarələri, müəssisələri və təşkilatları, bir sözlə, dövlət qurumları hesab oluna bilməz. Qeyri-hökumət təşkilatlan dövləti təmsil etmir, dövlətin adından çıxış etmir və dövlət hakimiyyəti səlahiyyətlərinə malik deyil. Yəni qeyri-hökumət təşkilatlarının bütün ölkə ərazisində qüvvədə olan məcburi qaydalar müəyyən etmək, bir qayda olaraq dövlətin vəzifə və funksiyalarının həyata keçirilməsində iştirak etmək və bu prosesə müdaxilə etmək, dövlət məcburiyyəti tədbirləri tətbiq etmək səlahiyyətləri yoxdur. Nizamnamələrində nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün qeyri-hökumət təşkilatları dövlət orqanlarına və vəzifəli şəxslərə müraciət edərək müxtəlif təşəbbüs və təkliflərlə çıxış edə bilərlər; lakin bu, dövlət orqanları və vəzifəli şəxsləri əvəz etmək, yaxud onların işinə qanşmaq kimi qiymətləndirilə bilməz.
Fiziki və hüquqi şəxslər yalnız öz iradələrini sərbəst ifadə edərək qeyri-hökumət təşkilatları yarada və ya mövcud təşkilata daxil ola bilərlər. Qeyri-hökumət təşkilatlarının dövlət orqanları tərəfindən məcburi qaydada yaradılması, yaxud fiziki və hüquqi şəxslərin qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyətində iştiraka zorla cəlb edilməsi və ya məcbur edilməsi yolverilməzdir. Qeyri-hökumət təşkilatlarının könüllü xarakterdə olması həmçinin belə bir cəhətdə öz əksini tapır ki, onlar Konstitusiya ilə təsbit edilmiş birləşmək hüququnun reallaşdırılması formalarından biridir. Konstitusiyanın 58-ci maddəsində nəzərdə tutulur ki, hər kəsiın başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, о cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Konstitusıya həmçinin təsbit edir ki, heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
QHT-lər özlərini müstəqil idarə edən təşkilatlardır. Qeyri- hökumət təşkilatları qarşılarına qoyduqları məqsədlərə nail olmaq üçün Konstitusiya və qanunlar çərçivəsində müstəqil fəaliyyət göstərir, öz daxili məsələlərini sərbəst həll edirlər. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinə aid olan məsələlər onların nizamnamələrində nəzərdə tutulan qaydada özlərinin təşkil etdikləri orqanlar tərəfindən idarə olunur. Dövlət orqanları, vəzifəli şəxslər, siyasi partiyalar və digər şəxslər qeyri-hökumət təşkilatlarının fəaliyyətinə müdaxilə edə bilməz.
Qeyri-hökumət təşkilatları mənfəətsiz, qeyri-kommersiya, habelə qeyri-siyasi xarakterli təşkilatlardır; onların qeyri- kommersiya və qeyri-siyasi xarakterli təşkilat olması qarşılarına qoyduqları məqsədlə müəyyən olunur.
Qeyri-hökumət təşkilatlarının qeyri-siyasi xarakteri belə bir cəhətdə öz əksini tapır ki, onlar siyasi partiyalara aid olan məqsədləri qarşıya qoya bilməz, seçkilər yolu ilə hakimiyyətə gəlmək və ya hakimiyyətin həyata keçirilməsinə təsir göstərmək məqsədi güdə bilməzlər. Başqa sözlə, qeyri- hökumət təşkilatı siyasi fəaliyyətlə məşğul ola bilməz, siyasi hakimiyyət uğrunda mübarizə apara və ya siyasi hakimiyyətə gələ bilməz. Bundan başqa, seçki kampaniyasının gedişində qeyri-hökumət təşkilatları namizədlər irəli sürə bilməz və onlar tərəfindən siyasi partiyalara hər hansı formada maddi yardım göstərilməsinə yol verilmir.
Qeyri-hökumət təşkilatları bütün münasibətlərdə yalnız öz adından çıxış edir, yalnız öz üzvlərinə aid olan qaydalar müəyyən edə bilir. Ayrı-ayrı hallarda qanunla bu və ya digər dövlət funksiyasının həyata keçirilməsində qeyri-hökumət təşkilatının müəyyən səviyyədə iştirakı nəzərdə tutula bilər.
Bu gün əgər sual ortaya çıxsa ki, Azərbaycanda üçüncü sektor nə vaxtdan yaranmağa başlayıb, dərhal hamı 1991-ci ildən bu günə qədər gedən proseslerdən danışacaq. Lakin unutmaq lazım deyil ki, Azərbaycanda üçüncü sektorun yaşı çoxdur. Sovet İmperiyası dövründə Azərbaycanda xeyriyyə və dini təşkilatlar istisna olmaqla, müstəqil ictimai birliklər yox idi. Müstəqil ictimai təşkilatların fəaliyyəti qadağan edilir və bunun əksinə olaraq hökumət özü həmkarlar ittifaqları, əlil təşkilatları, qadın və gənclərin problemi ilə məşğul olan yaradıcılıq birlikləri yaradırdı. Qeyd etmək lazımdır ki, beynəlxalq standartlara uyğun yaranan və fəaliyyət göstərən QHT-lər məhz həmin dövrlərdən etibarən yaranmışdır.
1988-ci il Azərbaycanda Dağlıq Qarabağla bağlı başlamış konflikt, mübahisələr, Ermənistandan qovulan qaçqınların vəziyyəti, ölkəmizdə Sovet İmperiyasının törətdiyi digər cinayətlər ictimaiyyətdə etiraz əlamətləri yaradır, insanların qruplar şəklində birləşməsinə və imperiyadan gizli fəaliyyət göstərməsinə gətirib çıxarırdı. Məhz həmin dövrdə Azərbaycanda üçüncü sektorun əsası qoyulmağa başladı.
Həmin dövrdə kütlə mübarizəsi dalğasında ən böyük ictimai təşkilat olan Azərbaycan Xalq Cəbhəsi yaradıldı. Lakin Cəbhə xalqın fəal hissəsinin meydan mübarizəsindən sonra vahid birləşdiyi bir birlik idi və onun irəli sürdüyü siyasi tələblər onun gələcəkdə siyasi fəaliyyətini istiqamətləndirdi. Bunun əksinə olaraq ictimai mübarizə birliyinin əsasını qoyan amilləri Azərbaycan Elmlər Akademiyasının fəallarının birləşdiyi "Alimlər klubu", Bakı Dövlət Universitetinin nəzdində yaradılan "Varlıq" və "Yurd" Cəmiyyətlərində axtarmaq lazımdır. Məhz həmin birliklər Azərbaycanda ictimai mübarizənin əsasını qoydu.
Bütün Sovet ölkələrində olduğu kimi Kommunist Partiyasının Mərkəzi Komitəsi Azərbaycanda da belə ictimai fəaliyyətə mane olurdu. Lakin Xalq Cəbhəsinin güclənməsi, aparıcı ictimai və sonradan siyasi fıkirlər irəli sürən birliyə çevrilməsi insanların ictimai fəaliyyətə cəlb olunmasına müsbət təsir etdi.
Həmin dövrlərdə ictimai fəaliyyətlə məşğul olmaq istəyənlər, ictimai birliklər yaradanlar əsasən ziyalı şəxslər idi. Onların əllərində başqa səlahiyyət olmadığı üçün, insanlara yalnız öz bilik və təcrübələri, potensiyaları əsasında kömək etməyi fıkirləşirdilər. Buna görə о vaxt institutların, idarə və müəssisələrin tərkibində dərnəklər yaranmışdı. Sovet İmperiyasının dağılması isə idarə və müəssisələrdə həmkarlar ittifaqlarının fəaliyyətinə mənfi təsir etdi və bunun nəticəsində onlar zəifləyərək, xeyriyyə və mədəniyyət mərkəzləri ilə əvəz olunmağa başladılar. 1990-cı ildə əhalinin diqqət ayırdığı belə xeyriyyə mərkəzlərindən biri də Qarabağa Xalq Yardım Komitəsi idi. Komitə Qarabağ əhalisinin sosial problemlərinin həllinə çalışır, onlara maliyyə yardımı göstərir və ictimai maraqların müdafiəçisi kimi çıxış edirdi. Qeyd edək ki, Komitə ilk dəfə azad mətbuatm əsasını qoyan "Azərbaycan" qəzetini nəşr etməklə ictimai şüurun inkişaf etdirilməsinə böyük kömək göstərmişdir.
1991-ci ildə artıq müstəqil təşkilatlar kimi gənclər və qadın təşkilatları yaranmağa başladı. Artıq Sovet İmperiyası dövründə fəaliyyət göstərən komsomol təşkilatları müstəqil təşkilatlar kimi yenidən yaradılırdı. Artıq ictimai təşkilatların inkişafını və sayının artmasını görən hökumət ictimai təşkilatların fəaliyyətini nizamlamaq məqsədi ilə hüquqi-normativ aktların qəbul edilməsi zərurətini hiss edirdilər. Beləliklə 1992-ci ildə üçüncü sektorun yaradılmasına hüquqi əsas verən ilk hüquqi sənəd - "İctimai birliklər haqqında" qanun qəbul edildi. Əslində konkret olan bu qanunun qəbul olunmasına qədər Ali Sovet "Azərbaycan Respublikası gənclər siyasəti haqqında" qanun qəbul etmişdi ki, bu qanun gənclərin ictimai qurumlar yaratmasına hüquqi əsas verirdi.
Ümumilikdə Azərbaycanda QHT-lərin yaranması aşağıdakı qruplara bölmək olar:
- Elmi birliklər,
- Mədəniyyət və yaradıcılıq birlikləri,
- Dini təşkilatlar,
- Humanitar təşkilatlar və fondlar,
- Qadın təşkilatları,
- Uşaq və gənclər təşkilatları.
Bu gün artıq QHT-lərin sayını tam müəyyən etmək çətindir. Çünki onların dövlət qeydiyyatına alınmasında müəyyən problemlər var və qeydiyyatın uçotu sistemləşdirilməmişdir. Bu gün müxtəlif təşkilatlar müxtəlif statistik məlumatlar verir. Keçirilmiş sorğu və müşahidələrə əsasən isə bu gün 3500-dən artıq QHT-nin olduğu bildirilir. Bunların 1410-u dövlət qeydiyyatına alınmışdır.
Qeyd edək ki, İSAR-Azərbaycan Təşkilatının QHT Məlumat Kitabçası hazırda fəaliyyət göstərən QHT-lərin ortaya çıxmasında böyük əhəmiyyət kəsb edir. Həmçinin www. azerweb.com və www. gateway.az/ngo internet səhifələrinin də bu işdə böyük rolu var.

Cavid

(davamı var)