

Görkəmli ədəbiyyatşünas-alim, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur. Bu tədbirlərə Yasamal rayonu T.Abbasov adına 225 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik Akademiya” üzvləri də qoşulublar.
AZƏRTAC xəbər verir ki, yədbir zamanı şagirdlər Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş səhnəciklər, şeirlər və musiqili çıxışları ilə iştirak ediblər. Onların ifasında səslənən poetik nümunələr şairin vətənə, dilə və xalqa olan dərin sevgisini bir daha əks etdirib.
Bütün bu tədbirlərdə öz istedad ilə fərqlənən şagirdləri- İbrahim Əsgərov, Elnur Arazov, Aylin Rüstəmli, Kərəm Həsənli, Vüsal Məmmədalıyev, Mina Mehdizadə, Fuad Məmmədov, Solmaz Bayramlı, Böyükağa Kazımlı, Rəsul İbadullayev, Əsmər Məmmədli, Nurcan Muradlı, Əhəd Kərimli, Zəhra Fərəcova və Zəhra Gülməmmədova incəsənətə, ədəbiyyata olan sonsuz sevgilərini bir daha nümayiş etdiriblər.
Tədbirin yüksək səviyyədə keçirilməsində Yasamal rayonu T.Abbasov adına 225 nömrəli məktəbin direktoru Sevda Eminovanın rəhbərliyi, təşkilati işlər üzrə direktor müavini, tədbirlərin təşkilatçısı Zenfira Nusalovanın fədakarlığı, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Hilalə Nəsibova və Sona Hacıyevanın dəstəyi xüsusi önəm daşıyıb. Həmçinin, tədbirlərin təşkilində UBTR Gülnarə Hüseynova, müəllimlər Mina Əliyeva və Afaq İsmayılova, musiqi müəlliməsi Esmira Hüseynova, ədəbiyyat müəllimi Səadət Novruzova, kitabxana müdiri Tahirə Zamanova, kitabxanaçı Nigar Sarıbalayeva və informatika müəllimələri Roza Qasımova, tarix müəllimi Günay Hacıyeva iştirak edərək tədbirin uğurla keçməsini təmin ediblər. Bu kollektiv yanaşma, həm şagirdlərin istedadlarını üzə çıxarmağa, həm də məktəbin mədəni həyatını zənginləşdirməyə xidmət edib.
Zenfira Nusalovanın rəhbərliyi ilə “Kiçik Akademiya” qısa müddətdə məktəbin mədəni həyatında mühüm yer tutub. Bu təşəbbüs həm şagirdlərin yaradıcılıq potensialını üzə çıxarır, həm də milli-mənəvi dəyərlərimizin qorunmasına töhfə verir.