SSRİ dönəmində “şüar beynəlmiləlçiliyi” və milli inkişaf siyasəti Layihə

SSRİ dönəmində “şüar beynəlmiləlçiliyi” və milli inkişaf siyasəti

Bu gün dünyada gedən ictimai-siyasi proseslər dövlətlərin idarəçilik prosesinə, xüsusilə millətlərarası münasibətlər məsələsinə daha ciddi və yetkin şəkildə baxmasını tələb edir. Hələ də dünyanın canında-qanında imperiyaçılıq əhvalı, gerçəkliyi mövcuddur. Ölkələrarası, millətləarası münasibətlər müəyyən ölkələrdə ən pis həddə gəlib çıxıb. Ümumiyyətlə, qan-qada, qətl-qarətlər sanki dünyanın aqibətidir. Ancaq bir yandan da gecə-gündüz dünya gücləri insanlıqdan, millətlərin doğmalığı zərurətindən və s. geninə-boluna danışırlar.
Bu yazıda keçmiş SSRİ dönəmində millətlərarası münasibətlər, KİV-in məlumatlandırma, maarifləndirmə, problemlərin həlli yollarının araşdırılması məsələsi ilə bağlı gedişlər, bu prosesdə buraxılan səhvlər haqqında danışılır. Araşdırmaçı İlham Mazanlı bildirir ki, müasir dövrdə ciddi sosial-siyasi dəyişikliklər gedən postsovet regionu ölkələrində millətlərarası və dövlətlərarası münasibətlərin tənzimlənməsi amillərindən biri kimi kütləvi informasiya vasitələrinin fəaliyyətinin tədqiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də sözügedən sahədə baş verən və cəmiyyətlərin bütün sosial təbəqələrinin marağını özündə ehtiva edən və kütləvi informasiya vasitələrində getdikcə özünə daha geniş yer tutan məcələlərin KİV-in məlumatlandırma, maarifləndirmə, problemlərin həlli yollarının araşdırılması və müəyyən edilməsi, həmçinin ictimai nəzarətin təşkili yolu ilə onların həyata keçirilməsi proseslərinin təkmilləşdirilməsi, indiki şəraitdə rəsmi və özəl KİV-lərin fəaliyyətinin səmərəliliyinin artırılması baxımından daha geniş təhlillərin aparılmasına ciddi ehtiyac duyulur. Bu təhlillərin aparılmasının vacibliyi, eyni zamanda, SSRİ-nin mövcudluğunun con illərində ("yenidənqurma", "aşkarlıq", "cəmiyyətin demokratikləşməci" və s. proseslər) KİV-in bu sahədə fəaliyyətinin yeni metodologiya (ümumi fəlsəfi yanaşma) mövqeyindən araşdırılması ilə izah olunur: "Bu cür yanaşma KİV-in faktiki olaraq, müxtəlif istimai-siyasi sistemlərdə millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi və sabitləşdirilməsi amili kimi fəaliyyətinin müqayisəli təhlili baxımından da müəyyən elmi-praktik əhəmiyyətə malikdir. Milli tərkibinə görə çoxmillətli ölkə hesab edilən keçmiş SSRİ-də, dövlətin siyasi sisteminin "opponentsiz lideri" Sovet İttifaqı Kommunist Partiyasının (Sov.İKP) iddiasına görə, rejimin mövcud olduğu bütün tarixi mərhələlərdə, milli məsələ ictimai həyat məsələlərinin önündə durub və kommunist partiyası bu məsələni daim diqqət mərkəzində saxlayıb. Ancaq deyilənlərin əksinə olaraq, bu problem müəyyən mərhələlərdə özünü fərqli səhətlərdən büruzə vermiş, hətta partiyanın yuxarı eşelonunda ciddi fikir və mövqe toqquşmalarına belə səbəb olmuşdu. Hələ 1956-cı ilin avqustunda Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında müzakirə edildikdən sonra Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Qərarı ilə Azərbaycan dilinin dövlət dili kimi tətbiq edilməsi haqqında qanunun qəbul edilməsi və bununla əlaqədar Azərbaycan SSR-in Konstitusiyasına dəyişiklik edilərək, müvafiq maddənin əlavə olunması, Azərbaycan Kommunist Partiyası tarixinin yazılmasındakı "əyintilər" Moskvanı hədsiz dərəcədə qəzəbləndirmişdi. Sov.İKP MK Rəyasət Heyəti 1959-su il iyunun 26-30-da keçirilmiş islasında Azərbaysan partiya təşkilatının son iki-üç ildəki fəaliyyətini müzakirə etmiş, Sov.İKP milli siyasətinin həyata keçirilməsində yol verilmiş "kobud pozuntuları" ciddi tənqid etmişdi. Sov.İKP MK-nın baş katibi N.Xruşşov həmin iclasda Azərbaycan Kommunist Partiyasının tarixinə aid kitablarda Nəriman Nərimanovun fəaliyyətinin həddən artıq şişirdildiyini, xüsusilə də milli siyasət sahəsində onun böyük nöqsanları oduğunu deyir və onu millətçilikdə günahlandırır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimovu "bizim düşmənimiz", "qatı millətçi" adlandırmaqdan belə çəkinmir. Bütün bu nöqsanları Azərbaycan KP MK-nın birinsi katibi İ.Mustafayevin respublikaya rəhbərlik edə bilməməsi ilə əlaqələndirir və Azərbaycanda siyasi rəhbərliyin dəyişdirilməsinin vacibliyini vurğulayır. 1972-ci ilin mart ayında isə Sov.İKP MK Siyasi Bürosunun iclasında "Qərb təbliğatının təsiri ilə ölkədə millətçiliyin artması məsələsi" müzakirə edilmiş, "millətçilik antisovetizmin daha geniş yayılmış formalarından biri kimi" qiymətləndirilmişdi. Siyasi Büronun üzvlərindən bəziləri hətta millətçiliyi qızışdıranları "xalq düşməni" kimi güllələməyi də təklif etmişdilər.
Kommunist Partiyasının baş katibi L.İ.Brejnev millətçiliyə qarşı mübarizədə "müdafiədən hücuma keçməyin" zəruri olduğunu bildirsə də, milli məsələnin mürəkkəbliyini nəzərə alaraq, ona "ehtiyatla yanaşmağın" vasibliyini diqqətə çatdırmışdı. Həm SSRİ-nin tərkibinə daxil olan müttəfiq respublikalar, həm də sosializm düşərgəsi ölkələri arasındakı münasibətlər sahəsində hökm sürən zahiri sakitlik millətlərarası və dövlətlərarası münasibətlərdə problemlərin olmaması, narazılıqların aradan qaldırılması anlamını vermirdi. XX əsrin 50-si illərində bəzi sovet respublikalarında (Ukrayna, Pribaltika, Azərbaysan, Moldaviya, Kabardin-Balkariya, Çeçen-İnquşetiya, Tatarıstan, Abxaziya MSSR) ana dili ilə əlaqəli milli hərəkatlarla, 1968-si ildə baş vermiş Çexoslovakiya hadisələri ilə bağlı yüksək səviyyədə keçirilmiş müzakirələrin sənədləri ilə tanışlıq bu müttəfiq respublikaların və ölkələrin rəhbərliyində, o cümlədən, ictimaiyyətdə sosializmin möhkəmliyinə və perspektivinə böyük əminliyin olmadığını ortaya qoyur. Kommunist partiyasının bütün cəhdlərinə baxmayaraq, milli məsələ dünyada gedən demokratikləşmə, vətəndaş cəmiyyətinin formalaşması, hüquqi dövlətin əsaslarının yaranması şəraitində - ötən əsrin 80-90-cı illərindəki "məşhur sosial tərəqqi"nin məlum xüsusiyyətləri nəzərə alınmaqla, həm qlobal, həm də regional miqyasda daha kəskin xarakter almışdı. Bu dövrdə cəmiyyətdə gedən milli proseslər qeyri-adi dərəsədə mürəkkəbləşmiş, müxtəlif ictimai təzahürlər daha da gərginləşmiş, çoxçalarlılığı artmış, səbəb-nətisə əlaqələrinin dəyişkən qeyri-ardısıllığı dərinləşmiş, qarşılıqlı fəaliyyətdə olan tərəflər arasındakı münasibətlər olduqca kəskinləşmişdi. Sov.İKP özünün XXVII qurultayında (26 fevral 1986-cı il) ölkədə millətlərarası münasibətlərdə bir sıra siddi problemlərin olduğunu ilk dəfə bütün ölkə istimaiyyəti qarşısında etiraf etməyə məsbur olur: "Milli münasibətlərin inkişafının çoxmillətli Sovet dövləti üçün çox böyük əhəmiyyəti var. Kommunist Partiyası bu sahədə nəhəng dəyişdirici iş görüb. Bu işin nəticələri sosializmin görkəmli nailiyyətidir, dünya sivilizasiyasını zənginləşdirmiş nailiyyətdir. Milli əsarətin və milli hüquq bərabərsizliyinin bütün formaları və təzahürləri birdəfəlik və həmişəlik məhv edilib. Xalqların sarsılmaz dostluğu, bütün xalqların milli mədəniyyətinə və milli ləyaqətinə hörmət bərqərar olmuş, on milyonlarla insanın şüurunda kök salıb. Sovet xalqı iqtisadi mənafeyin, ideologiyanın və siyasi məqsədlərin vəhdəti ilə sıx birləşib, keyfiyyətsə yeni sosial və beynəlmiləl birlikdir. Lakin nailiyyətlərimiz milli proseslərdə problemlər olmadığı təsəvvürünü yaratmamalıdır".
Araşdırmaçı bu qənaətə gəlir ki, "şüar beynəlmiləlçiliyi", "böyük tarixi birlik" və s. bu kimi əvvəllər fetişləşdirilmiş ideyalar real praktikada özünü doğrultmur, millətlərarası əmin-amanlığın uydurma olduğu və milli mənsubiyyət motivlərinə görə bu sahədə qarşılıqlı inciklik və ya iradların olmaması haqqında xülyalar sabun köpüyü kimi partlayırdı: "Millətlərarası münasibətlər sahəsində baş verən proseslərin bir-biri ilə səbəb-nətisə əlaqələri ilə bağlı olmadığı barədə söylənilən diskurslar özünün praktik təsdiqini tapa bilmirdi. Real həyat hadisələri zamanı (Almatı (17-19 dekabr 1986-sı il), Tbilisi (9 aprel 1989-su il), Bakı (20 yanvar 1990-sı il), Düşənbə (11 fevral 1990-sı il), bir qədər sonra isə Vilnüs (11-13 yanvar 1991-cı il) və Riqa (20 yanvar; 31 iyul 1991-si il) sovet ordusu və daxili qoşun bölmələrinin öz xalqına – dinc əhaliyə qarşı törətdiyi qırğınlar, xüsusilə də Molodovada (Dnestryanı), Gürsüstanda (Abxaziya və Cənubi Osetiya), Azərbaycanda (Dağlıq Qarabağın və ətraf ərazilərin Ermənistan tərəfindən işğalı, Ermənistan ərazisinin azərbaycanlılardan etnik təmizlənməsi, Krım tatarlarının, Volqaboyu ərazilərdə yaşayan almanların, öz vətənlərindən deportasiya olunmuş ahısqa türklərinin tələbləri və s.) kütləvi insan tələfatı ilə müşayiət olunan irimiqyaslı silahlı qarşıdurmalar "vahid sovet xalqı", "milli tolerantlıq" və s. haqqında bu səpkidən olan baxışların yanlış olduğunu, oktyabr çevrilişindən sonrakı dövrdə milli münasibətlərin ziddiyyətsiz inkişafı barədə rəsmi iddiaların möhkəm əsaslara söykənmədiyini bir daha açıq şəkildə sübut etdi. Bu hadisələr göstərdi ki, bir çox problemlərin səbəbi elə milli siyasətin və onun əsasını təşkil edən Lenin prinsiplərinin özünün mahiyyəti (mahiyyətsizliyi), şəxsiyyətə pərəstiş dövründə qanunların pozulması, sosializm quruluşunun ideologiyası və psixologiyası ilə sıx bağlıdır. Xalqlar arasındakı münasibətlərdə bərabərlik və ədalət prinsiplərinə biganəlik, "müttəfiq respublikalarda milli siyasətlə bağlı vəzifələrin yerinə yetirilməsinin" başlı-başına buraxılması, amiranə inzibati idarəetmə sisteminin müxtəlif millətlərin və xalqların iqtisadi, sosial, mənəvi inkişaflarının ümdə ehtiyaclarına lazımi diqqət yetirməməsi vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Vacib və təxirəsalınmaz vəzifələr arasında millətlərarası münasibətlərin tənzimlənməsi məsələləri ön plana çıxırdı. Xalqların milli özünüdərki, səmiyyətdəki reallıqların qavranılması hissi xeyli artmışdı. Ona görə də bu sistem dağıldı və xalqlar müstəqilliklərinə qovuşdular...

Uğur