Dünyanın “erməni dərdi” Layihə

Dünyanın “erməni dərdi”

"Erməni soyqırımı" mifini Qərb dövlətləri tanımaqla əsl tarixi saxtalaşdırıb, böhtançılığa bəraət qazandırırlar

Ermənilərin vəhşi istəkləri dünya ölkələri arasında havadar tapdığı dərəcədə "beynəlxalq aləm" adlanan dünya birliyinin həqiqətsizliyi bir daha gerçəkdən üzə çıxır. Dünyanın ikili oyunları isə səngimək bilmir, daim yeni-yeni biçimlərlə meydana çıxır. Araşdırmaçı Yusif Qazıyevin fikrincə, Dağlıq Qarabağda ermənilərin vəhşi qəsbkar planlarının ssenarisi ABŞ-da ermənilər tərəfindən hazırlanıb və bu günə qədər də həyata keçirilir: "Ermənistanın Azərbaycan ərazisini işğal etdiyi, soyqırım siyasəti yeritdiyi, yüz minlərlə azərbaycanlıların öz torpaqlarından, ana vətənlərindən qaçqın düşdüyü bir dövrdə ABŞ Azərbaycanın guya Ermənistanı blokadaya aldığını elan edərək, 1992-ci ildə səhv qərar qəbul etdi. "Azadlığı dəstəkləmək Aktı" adlanan bu qərarın 907-ci maddəsinə Azərbaycana kömək etməmək barədə göstəriş əlavə edildi. Beləliklə, Azərbaycan keçmiş İttifaq respublikaları arasında yeganə respublikadır ki, o, "Azadlığı dəstəkləmək Aktı" çərçivəsində nəzərdə tutulmuş humanitar yardımdan məhrum edildi. Sonralar ABŞ həmin əlavənin götürülməsinə dəfələrlə vədlər verdi. Lakin ABŞ nəinki bu əlavəni ləğv etdi, o, eyni zamanda Dağlıq Qarabağ probleminin həlli barədə verdiyi vədlərə də əmə etmədi. Nəticədə problem ciddi bir şəkil aldı. Bu gün Azərbaycanın 20 faiz torpaqları ermənilərin işğalı altındadır,
ABŞ-ın Azərbaycana münasibətdə qeyri-səmimiliyi yeni yaranmış müstəqil dövlətlərə, o cümlədən Ermənistana göstərilən yardımın həcmi məsələsində də özünü açıq büruzə verir. Amerika konqresi düz 6 dəfə Ermənistana göstərilən köməyi artırmaq üçün səsvermə keçirmişdi. ABŞ-ın və Qərbin tarixən qeyri-humanist və ikili standartlı siyasətini tənqid edən, ABŞ-ın təqaüddə olan prokuroru, yazıçı S.Vims demişdi: "Avropalılar ilk növbədə özlərinə baxsınlar, keçmişlərini bir daha nəzərdən keçirsinlər. BŞ-ın keçmişi nəzərdən keçirməsi vacibdir". ABŞ-ın keçmişinin dəhşət, cəhalət, vəhşilik müstəvisi üzərində qurulduğunu deyən müsahib əlavə edib ki, avropalılar 1492-ci ildə Amerika qitəsinə ayaq basdıqları andan yerli xalqları heyvan kimi qırmağa, məhv etməyə başladılar. Bir əsr ərzində avropalılar Amerikadakı yerli xalqların axırına çıxdılar, yaratdıqları mədəniyyəti, mədəni abidələri vəhşiliklə dağıtdılar. O dövrdə Avropaya yüzlərlə ton qarət edilmiş qızıl, gümüş göndərilməsi vəhşilik nümunəsi deyildimi? O, Qarabağdakı mövcud vəziyyəti misal gətirərək qeyd edib ki, 1915-ci ildə ermənilərin sürgün olunmasını soyqırım kimi qələmə verən ermənilər bu gün 1 milyondan yuxarı azərbaycanlını öz yurd-yuvalarından didərgin salıblar. Xocalıda tarixdə bərabəri olmayan soyqırım həyata keçiriblər və s. Bütün bunlara baxmayaraq bu gün heç kim ermənilərə heç nə demir.
Həzrəti İsa ermənilərin Azərbaycan türklərinə etdiyi zülmü görsəydi, yəqin ki, ermənilərdən üz döndərərdi. Məlum problemin necə çözülməsi məsələsinə toxunulduqda isə S.Vims bilidirib ki, amerikalılar və xristianlar ermənilərin yalanlarını dəstəkləməməlidir. Axı məhz xristian olduqları üçün Qərb onlara milyonlarla dollar yardım edir. Xristian dünyasına erməni vəhşətini, ermənilərin yalançı və fırıldaqçı olduqlarını çatdırmaq lazımdır. Bu gün Türkiyədə Ermənistanda olduğundan çox kilsə var. Əgər türklər qətiyyət göstərib, əsl həqiqəti Qərbə çatdıra bilsələr, xristian-islam qarşıdurmasının qarşısı alına bilər. Əks halda onlar erməni fırıldağının qurbanına çevriləcəklər. Şəxsən öz fikrinə gəlincə əlavə edib ki, o, xristian kimi həqiqəti Qərbə çatdırmaq üçün əlindən gələni edib. Amma indi son söz türklərindir.
Hazırda demokratiyadan, azadlıqdan, humanizmdən dəm vuran və onlara heç də müasir baxımdan əməl etməyən Fransa dövləti öz dövrünün hərbi texnikasından və əlverişli coğrafi şəraitindən istifadə edərək böyük bir tarixi dövrdə (500 ildən artıq) xalqları söyqırımına məruz qoyub. Bu dəhşət ən çox Napoleonun işğalçı hakimiyyəti dövründə (1804-1815) geniş vüsət almışdı. Napoleon deyirdi: "Kim İstanbula yiyələnərsə, o da dünyaya sahib olacaq". Napoleon bütün Avropanı, Şimali Afrikanı və s. torpaqları işğal etdi, xalqların tarixi və mədəniyyət abidələrini məhv etdi, bir çox şəhər və kəndləri xarabaya çevirdi. Tarix xatırladır: "Fransızlar 1804-cü ildə Şimali Afrikada Yaffanı tam yandırdılar və əsir düşmüş 4000 türk əsgərini Fransaya aparmaq çətinliyi ilə əlaqədar Afrika səhrasında güllələdilər, quzğunların yeminə çevirdilər; 1812-ci ildə Moskvanı tam yandırdılar; məğlubiyyətlərini qabaqcadan görən Fransız ordusu geri çəkilərkən Rusiyada və Şərqi Avropada keçdikləri kənd və şəhərləri talayıb, viran edirdilər; onlar 1830-cu ildə müharibə elan etmədən Türkiyə imperiyasının torpaqlarını -Tunisi, Əlcəzairi, Mərakeşi heç bir əsası və səbəbi olmadan yenidən işğal etdilər. Həmin ərazilərdə qırğın salıb əhalini fransızlaşdırmaq siyasətinə keçdilər.
Birinci dünya müharibəsinin gedişində Fransa, o cümlədən İtaliya və ingilis hərbi birləşmələri Osmanlı imperiyasının cənub regionlarını və Cənubu Anadolunun sahil kənd və şəhərlərini işğal etdilər. Ağuşuna erməni qızları alan fransız generalları, o cümlədən italyan və ingilis hərbi birləşmələri erməniləri yenidən silahlandırıb 2 milyondan artıq əliyalın türk mülki əhalisini - uşaqları, qadınları və qocaları qətlə yetirdilər. Türk xalqının azadlıq mübarizəsinə tab gətirə bilməyən Antanta dövlətləri geri çəkilməli oldular. Bu dəfə qənimətləri 100 minə yaxın erməni oldu ki, onun 60 minini Fransaya apardılar. Bu yükü fransızların aparmasının səbəbi də o olmuşdu ki, türkləri soyqırımına məruz qoyan erməniləri "xilas" etsinlər". Fransa dövləti soyqırımı İkinci Dünya müharibəsindən sonrakı dövrlərdə də davam etdirdi: "Ərazi cəhətdən dünyanın 10-cu dövləti olan Əlcəzairi 1962-ci ilə qədər diskriminasiya altında saxladı. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, İkinci Dünya müharibəsindən sonra Fransa dövləti Əlcəzairdə xalq azadlıq hərəkatını boğdu, 1 milyon əlcəzairlini qətlə yetirdi.
Həmçinin II Dünya müharibəsindən sonra Vyetnam xalqının boğazına 30 illik müharibəni kimin bağladığı da bəşəriyyətə məlumdur. Yeri gəlmişkən, Fransa dövləti ermənilərin dostudur. O, demək olar ki, ermənilərin beynəlxalq aləmdə ikinci dövlətidir, uzun müddət ermənilər orada dövlətin daxili və xarici siyasətinə sirayət etmişlər. İndi də edirlər. Təsadüfi deyil ki, həmin dövlətin parlamenti ermənilərin qondarma "erməni soyqırımı"nın tanınması haqqında qanunu birinci oxunuşdan qəbul etdi və bu keçən əsrin 50-60-cı illərində 1 milyon Əlcəzair xalqının Fransa cəlladları tərəfindən məhv edilməsi faktını unutdu. Belə bir şəraitdə Fransa dövlətinin səmimiliyinə və ədalətinə inanmaq olarmı? Vatikan və İtaliyanın ermənilərə "canıyananlıq" edib qondarma "erməni soyqırımı"nı tanıması bəşəriyyətə taun xəstəliyini yaymaq kimi qiymətləndirilə bilər. Belə ki, Vatikan dolayı yolla xristian-müsəlman qarşıdurması təşkil edir. Məlumdur ki, katolik xristianlar mənəvi qidalarının ilk başlanğıcını xristian dininin ocağı olan Vatikandan alır. Vatikanın hər bir tövsiyə və təklifləri xristianlar üçün qanundur. Vatikan bu qondarma "erməni soyqırımı" mifini tanımaqla xristianlarda düşmən müsəlman obrazı yaradır.
İtaliya dövlətinə gəldikdə, o özünün Şimali və Mərkəzi Afrikada apardığı soyqırımları yada salıb təəssüflənməlidir. 1935-ci ildə Həbəşistanda namaz qılan insanları tanklarla məhv etdiyini bəşəriyyət unutmayıb. İngiltərə Süveyş kanalının çəkilişində 120 min qulu - ərəbi işlədərək öldürdü və Birinci Dünya müharibəsində - Misirdə su quyularını zəhərlədi. Bu sulardan içən dinc əhali və Osmanlı əsgərləri zəhərlənib qırıldı. 1915-ci ildə fransız-alman cəbhəsində almanlar tərəfindən kimyəvi silahın tətbiqi sayəsində hər iki tərəfdən 0,5 milyon əsgər və dinc sakinlərin qırılması, 1945-ci ildə təslim məqamında olan Yaponiyaya atom bombasının salınması nəticəsində 0,5 milyon əhalinin məhvi müharibə qanunları kimi qiymətləndirilirsə, Osmanlı dövlətinin ona asi çıxan öz əhalisini köçürməsi də müharibə qanunudur. Fransa və digər Qərb dövlətlərinin soyqırım siyasətlərini onların ərazilərində əhalinin yekcinsliyi sübut edir. Axı onlar 500-600 il müstəmləkə sahibi olmuşlar, ancaq əhaliləri yekcinsdir. Onlar bu "nailiyyətə" daxildən başlayaraq kiçik tayfa və xalqları assimilə edib əhalini yekcinsləşdiriblər, müstəmləkələrdən əhali artımına isə şərait yaratmayıblar. İkinci Dünya müharibəsinin ən bariz nəticəsi - müstəmləkəçiliyin ləğvi oldusa, Qərb dövlətlərinin üstü tez-tez açılan məkrli siyasətlərini yenidən qurmağa məcbur etdi. Lakin onlar humanizm, demokratiya, azadlıq pərdəsi altında cürbəcür siyasi, hərbi, ictimai təşkilatlar və birliklər yaradaraq öz ambisiyalarını yerinə yetirirlər. Onların bu humanist və demokratiya addımlarından biri "palan içi tökmək"dən ibarətdir. "Palan içi tökməyin" ilk müjdəsi 100 il bundan qabağa getmək oldu. "Erməni soyqırımı" mifini öz parlamentlərində Qərb dövlətləri (Vatikan, İtaliya, Fransa, Belçika və b.) tanımaqla əsl tarixi saxtalaşdırıb, böhtançılığa bəraət qazandırırlar. Heç bir etnik xalqa malik olmayan Qərb dövlətləri Şərq ölkələrində azlıqda qalan etnik əhalinin müdafiəçisi kimi çıxış edirlər, çoxluq təşkil edən xalqları suçlayırlar. Ancaq onların qeyri-konstruktiv işləri və fəaliyyətləri köhnə ingilis siyasətini - "parçala ağalıq et" siyasətini xatırladır. Əgər onlar bu siyasəti real həyata keçirmiş olsa idilər, onda 1988-1989-cu illərdə Ermənistandan öz dədə-baba yurdlarından qovulmuş 250 min (hazırda 500 min) azərbaycanlı əhali haqqında da öz sözlərini demiş olardılar".

Uğur