“Demoqrafik azalma narahatlıq doğurur”
26 Yanvar 21:34
26 Yanvar 21:34
26 Yanvar 16:50
17 Noyabr 2024 19:09
2 989
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyə dəstəyi, “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin təşkilatçılığı ilə Qəbələ rayonunda, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, "Master biznes" Gənclərin biznes quruculuğuna dəstək layihəsi çərçivəsində ilk tədbir keçirilib.
Layihənin məqsədi biznes, startap, sahibkarlığa həvəs və marağı olan gənclərə sahibkarlıq fəaliyyəti haqqında məlumat və biliklərin verilməsi, həmçinin praktiki təcrübələrin əldə edilməsidir. Bu vasitə ilə də Azərbaycanda yeni bizneslərin yaradılmasına dəstək olmaqdır.
Qeyd edildi ki, biznes və startap qurulması təlimlərində biznes əlaqələrin (networking) rolu olduqca böyükdür. Çünki uğurlu bir biznesin və ya startapın inkişafı üçün güclü və effektiv əlaqələr vacibdir. Təlimin gedişində gəncləri maraqlandıran suallar cavablandırıldı, gənclər qruplara bölünərək öz ideyaları üzərində biznes plan quraraq ekspertlərə təqdim etdilər. Ən uğurlu ideyalar açıqlandı və növbəti mərhələdə inkişafı üçün fikr mübadiləsi aparıldı.





26 Yanvar 17:06
994
26 Yanvar 17:06
1 022
26 Yanvar 15:44
1 148