Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
25 Noyabr 2024 15:31
3 332
Sosial sahə ölkə Prezidenti İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən biridir.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, növbəti ildə səhiyyə xərclərinin 70,6%-i icbari tibbi sığortaya yönəldiləcək və İcbari Tibbi Sığorta Fondunun maliyyə vəsaiti 3 milyard manata çatdırılacaq:
“İcbari tibbi Sığorta Fondunda vəsait artımı xidmətlərin keyfiyyətinə də təsir edəcək. Səhiyyə üzrə Dövlət Proqramı çərçivəsində müalicə alanlar da icbari tibbi sığorta ilə əhatələnir. Bu keçidi sürətləndirmək lazımdır. Əhaliyə göstərilən tibbi xidmətlərdə problemlər də mövcuddur. İlkin tibbi xidmətdə problemlər var. Milli Məclisin Səhiyyə komitəsi müvafiq orqanlarla birlikdə ilkin tibbi xidmətlərdə problemlərlə bağlı dinləmə keçirəcək”.
8 Noyabr 16:37
2 338
8 Noyabr 16:32
812
8 Noyabr 16:01
840