“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
28 Dekabr 2024 15:13
3 465
“İşğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma davam edir və 2024-cü ilin yekunları da göstərir ki, vətəndaşlarımız daha çox Qarabağ və Şərqi Zəngəzurda məskunlaşıb. Bu da təbii ki, həm bu ərazilərimizdə aparılan intensiv fəaliyyət, yenidənqurma və bərpa işləri, eyni zamanda, məskunlaşmanın proqnozlaşdırılanın gözləniləndən daha tez və intensiv həyata keçirilməsi ilə bağlıdır”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, burada birmənalı şəkildə cənab Prezidentin siyasi iradəsi və onun rəhbərliyi ilə həyata keçirilən siyasəti qeyd etmək lazımdır: “Çünki biz mütəmadi olaraq cənab Prezidentin və Mehriban xanımın işğaldan azad olunmuş ərazilərimizə səfərlərini müşahidə edirik. Həm ölkə rəhbəri, həm birinci vitse-prezident məhz işğaldan azad olunmuş ərazilərimizdə görülən işlərlə birbaşa yerində tanış olur, öz göstərişlərini verir. Bu da təbii ki, prosesin daha sürətlə həyata keçirilməsi baxımından vacibdir”.
V.Bayramov əlavə edib ki, zəfərə imza atmış Azərbaycan daha intensiv şəkildə Qarabağ və Şərqi Zəngəzurun bərpasını həyata keçirir: “Bu konteksdən təbii ki, birmənalı şəkildə biz daha intensiv məskunlaşmanı müşahidə edirik və bu, növbəti illərdə də davam etdiriləcək. Çünki 2025-cü ildə Ağdam şəhəri daxil olmaqla digər yaşayış məntəqlərimizdə də məskunlaşmaya start veriləcək. Bu da, sözsüz, o deməkdir ki, artıq 2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərimizdə 140 mindən çox vətəndaşımız məskunlaşacaq”.
Röya İsrafilova
1 Noyabr 16:42
1 624
1 Noyabr 14:20
1 652
1 Noyabr 13:32
1 610