Azərbaycan dili imtahanının ikinci cəhdinə qeydiyyat tarixi açıqlanıb Cəmiyyət

Azərbaycan dili imtahanının ikinci cəhdinə qeydiyyat tarixi açıqlanıb

Azərbaycan dili (dövlət dili) imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat tarixi açıqlanıb.

Bu barədə APA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, 22 may-10 iyun tarixlərində Azərbaycan dili (dövlət dili) ikinci cəhdində iştirak etmək istəyən şəxslər DİM-in saytında qeydiyyatdan keçə bilərlər.

İmtahan iyulun 29-u baş tutacaq.

Qeyd edək ki, Azərbaycan dili (dövlət dili) fənni üzrə imtahanın birinci cəhdi mayın 4-də keçirilib.