Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
12 May 15:22
2 373
Bu, mənim Azərbaycana üçüncü səfərimdir. Daha öncə Azəbaycana prezident seçkilərini müşahidə etməyə gələn Avstraliya nümayəndə heyətinin tərkibində səfər etmişəm. Budəfəki səfərimin məqsədi Azərbaycanın işğaldan azad olmuş ərazilərinə dəymiş ziyanı öz gözlərimlə görmək və Azərbaycan hökumətinin burada həyata keçirdiyi yenidənqurma işlərini daha yaxından izləməkdir.
Bunu mayın 12-də Şuşaya səfər edən avstraliyalı vəkil Steven Blyth AZƏRTAC-ın bölgə müxbirinə deyib.
“Dünən Ağdam məscidini ziyarət etmək bizə nəsib oldu. Təkcə Ağdamda deyil, digər azad edilmiş Azərbaycan ərazilərində də infrastruktur sürətlə inkişaf etdirilir. Biz sonra Xankəndidə olduq, indi isə Şuşadayıq. Hər yerdə sürətli yenidənqurma işləri gedir. Hökumət göstərdiyi səylərə və bərpa üçün sərf etdiyi resurslara görə təqdir olunmalıdır. Prezidentiniz və hökumətiniz alqışalayiqdir. İşğal dövründə buralara dəymiş ziyanın həcmi çox böyükdür. Beləliklə, hələ çox şey yenidən qurulmalıdır. Yəqin ki, bir neçə ildən sonra buralara təkrar gələndə yenidən qurulmuş, çiçəklənən və insanların normal həyata döndüyü bir bölgə görəcəyəm. Azərbaycan inkişaf edən ölkədir. Ölkəniz böyük addımlarla irəli gedir”, - deyə avstraliyalı vəkil bildirib.
Qeyd edək ki, Steven Blyth Avstraliyanın müxtəlif şəhərlərində keçirilən və Azərbaycanla bağlı təşkil olunan tədbirlərin fəal iştirakçısıdır. Avstraliya–Azərbaycan Dostluq Cəmiyyətinin yaradılmasının təşəbbüskarlarından olan Steven Blyth, eyni zamanda, Avstraliyada erməni lobbisinin anti-Azərbaycan təbliğatına qarşı fəal şəkildə mübarizə aparır. Avstraliya–Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri Avstraliyanın müxtəlif şəhərlərində Xocalı soyqırımının anım günləri ilə bağlı tədbirlər keçirir, həmçinin bu ölkənin hökumət və parlament rəsmiləri ilə görüşlərdə ölkəmiz haqqında məlumatlar təqdim edirlər.
15 Noyabr 13:05
1 547
14 Noyabr 21:14
1 974
14 Noyabr 16:49
2 002