Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanının vaxtı açıqlanıb Cəmiyyət

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanının vaxtı açıqlanıb

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində təşkil olunacaq.

Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirkçıların şəxsi kabinetlərinə göndərilib.

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üçün hazırlanmış təlimat videosuna keçidə daxil olaraq baxa bilərsiniz:

https://youtu.be/lpLKFasQtm4

Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanının vaxtı açıqlanıb