

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın 30 şəhər və rayonunda, o cümlədən 38 məntəqədə, 22 məscid və ziyarətgahda, 15 tibb müəssisəsində qanvermə aksiyası keçirilir.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev jurnalistlərə açıqlamasında deyib.
"Bu gün Aşura günüdür. Hər il olduğu kimi bu il də ənənəvi qanvermə aksiyası davam etdirilir. Bu il qürurverici haldır ki, Qarabağın incisi olan Şuşa şəhərində Yuxarı Gövhərağa məscidində, eyni zamanda Ağdamın Cümə məscidində qanvermə aksiyası keçirilir", - o deyib.