

Texas ştatında güclü yağışlar nəticəsində Kerr County bölgəsində Guadalupe çayı daşaraq fəlakətli daşqınlara səbəb olub.
Xalqcebhesi.az xəbər verir ki, rəsmilərin verdiyi məlumata görə, azı 13 nəfər həlak olub, bir neçə nəfər isə hələ də itkindir. Hill County-də isə xristian yay düşərgəsində olan 20 uşaqdan xəbər yoxdur. Vitse-qubernator Dan Patrick onların hələlik itkin sayıldığını, lakin təhlükədə ola biləcəklərini bildirib.
Axtarış və xilasetmə işlərinə 14 helikopter, 12 pilotsuz uçuş aparatı və 500-dən çox xilasedici cəlb olunub. Texas Milli Qvardiyası və digər fövqəladə xidmətlər hadisə yerində fəaliyyət göstərir. Qubernator Gregg Abbott bütün resursların səfərbər edildiyini açıqlayıb.
Eyni zamanda, New Jersey ştatında da güclü fırtına nəticəsində 3 nəfər həyatını itirib.
Məryəm Quliyeva