

DİM-in apardığı işlər çox ciddi şəkildə həyata keçirilir. Bu fəaliyyətin təməli 1994-cü ildən qoyulub. Apardığımız işlərin nəticələri heç bir şəxsin iradəsindən asılı deyil. Bu prosesdə biz insan faktorunu tamamilə aradan qaldırmışıq.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, hər bir testin səviyyəsini öncədən bilirlər.
DİM sədri qeyd edib ki, proseslərə onun özünün belə müdaxilə etməsi mümkün deyil.