

“Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı komandadan ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə 24 yaşlı sol cinah müdafiəçisi şəxsi sosial şəbəkə hesabında məlumat yayıb.
İsmayıl 2011-ci ildə Bakı təmsilçisinin akademiyasına qoşulub,2019-cu ildə isə əsas komandaya yüksəlib.
Qeyd edək ki, İsmayıl Zülfüqarlı ötən mövsüm icarə əsasında "Turan Tovuz"da oynayıb.