Emin Əmrullayev: Uşaqların təxminən 40-50%-i ibtidai təhsildən sonra təhsilini davam etdirməyə çətinlik çəkir Cəmiyyət

Emin Əmrullayev: Uşaqların təxminən 40-50%-i ibtidai təhsildən sonra təhsilini davam etdirməyə çətinlik çəkir

Təxminən 40-50 % uşaq ibtidai təhsildən sonra təhsilini davam etdirməyə çətinlik çəkir.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.

“Biz keyfiyyətli təhsil istəyiriksə, müəllimdən də yüksək standart tələb etməliyik. Biz təhsillə bağlı gözləntilərimizi qaldırmalıyıq. Bu standartlar tədricən xüsusilə ali təhsil sahəsində artacaq. İbtidai təhsili düzəltmədən orta təhsili, tam orta təhsili, ali təhsili düzəltmək mümkün deyil. Təxminən 40-50 % uşaq ibtidai təhsildən sonra təhsilini davam etdirməyə çətinlik çəkir. Düz yol budur. Burada qısa yollara gedib görüntülü layihələr etməkdənsə, ibtidai təhsili düzəltməliyik. Burada iki amil var: müəllim və ev, ailə”.