10:42
581
İran kimyəvi və bioloji silah elementləri ehtiva edən ballistik raket başlıqları istehsal etməyə çalışır.
Bu barədə anonim mənbə “Iran International”a danışıb.
Mənbə bildirib ki, rəsmi Tehran regional gərginlik, eləcə də ABŞ və İsraillə yenidən qarşıdurma ehtimalını nəzərə alaraq son aylarda bu istiqamətdə səyləri artırıb.
Qeyd edək ki, bu gün İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşdə İranın ballistik raket proqramı barədə müzakirə aparılması gözlənilir.