Çin Tayvan yaxınlığındakı beş dəniz zonasında təlimlər planlaşdırıb Dünya

Çin Tayvan yaxınlığındakı beş dəniz zonasında təlimlər planlaşdırıb

Xalq Azadlıq Ordusunun (XAO) Şərq Zonası Döyüş Komandanlığı 30 dekabrda Tayvan yaxınlığında genişmiqyaslı döyüş atışlı hərbi təlimlər keçirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Manevrlər yerli vaxtla saat 08:00-dan 18:00-dək planlaşdırılıb. Təlimlər beş dəniz ərazisində, eləcə də onların üzərindəki hava məkanında keçiriləcək. Söhbət Tayvan boğazında, Şərqi Çin dənizində, Cənubi Çin dənizində və Filippin dənizində yerləşən ərazilərdən gedir ki, onların koordinatları komandanlıq tərəfindən dərc olunub.

Çin hakimiyyəti təhlükəsizliyi təmin etmək üçün bütün gəmilərə və təyyarələrə atışmalar zamanı təyin olunmuş ərazilərə girməməyi tövsiyə edib.

Məryəm Quliyeva