17:38
602
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ və İsrailin birgə hərbi əməliyyatının İranda hakimiyyət dəyişikliyi ilə nəticələnməsini istəyir.
Bu barədə mənbələrə istinadla “The New York Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, Səudiyyə şahzadəsi baş verənlərin Yaxın Şərqi yenidən formalaşdırmaq üçün tarixi fürsət yaratdığını iddia edərək, ABŞ Prezidenti Donald Trampı İrana qarşı müharibəni davam etdirməyə təşviq edir.
“Məhəmməd bin Salman son həftə ərzində baş tutan bir neçə telefon danışığında Donald Trampa İranın radikal rejimini aradan qaldırmaq üçün ona təzyiq göstərilməli olduğu mesajını çatdırıb. Səudiyyə Ərəbistanı şahzadəsi İranın Körfəz ölkələri üçün uzunmüddətli təhlükə yaratdığını və bunun qarşısını almaq üçün rejimi aradan qaldırmaqdan başqa yolun olmadığını bildirib”, - mənbə qeyd edib.