Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb Cəmiyyət

Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb

Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə, ümumilikdə 142 nəfər köçürülüb.

Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.