Rusiya İrandakı Buşehr AES-dən daha 175 vətəndaşını Ermənistan vasitəsilə təxliyə edib Dünya

Rusiya İrandakı Buşehr AES-dən daha 175 vətəndaşını Ermənistan vasitəsilə təxliyə edib

Rusiya Federasiyası İranın Buşehr Atom Elektrik Stansiyasından (AES) daha 175 vətəndaşını Ermənistan vasitəsilə təxliyə edib.

“Armenpress”in xəbərinə görə, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

“Aprelin 6-da Buşehr Atom Elektrik Stansiyasından təxliyə edilən və Nurduz-Aqarak keçid məntəqəsi vasitəsilə İrandan Ermənistana gələn daha 175 Rusiya vətəndaşı xüsusi reyslə İrəvandan Moskvaya yola düşüb”, - açıqlamada bildirilir.

Səfirlik Ermənistan hakimiyyətinə prosesi dəstəklədiyinə görə təşəkkür edib.

Səfirliyin məlumatında o da qeyd edilib ki, İranda müharibənin başlamasından bəri Ermənistan ərazisi vasitəsilə 509 vətəndaş Rusiyaya qayıdıb.