Vens İranla danışıqlara hazırlaşır Dünya

Vens İranla danışıqlara hazırlaşır

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, qeyri-ictimai əlaqələrTehran nümayəndələri ilə birbaşa görüş mərhələsinə keçərsə, İranla danışıqlara qoşula bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Politico" nəşri yazır.

Nəşr xatırladır ki, hazırda danışıqlara ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner rəhbərlik edir, lakin Uitkoff və Kuşner kifayət qədər irəliləyiş əldə edərsə, Vens də bu prosesə qatıla bilər. Müəlliflərin qiymətləndirməsinə görə, Ağ Ev müharibəni dayandırmaq yollarını axtardığı bir vaxtda Vens mühüm oyunçuya çevrilir.

"Prezident Trampın vitse-prezident Vens, dövlət katibi Marko Rubio, xüsusi elçi Uitkoff və cənab Kuşner də daxil olmaqla, sülh sazişinin bağlanmasının mümkünlüyünü araşdırmaq üçün birlikdə çalışan görkəmli milli təhlükəsizlik komandası var", — deyə Ağ Evin nümayəndəsi Anna Kelli bildirib. Onun sözlərinə görə, Vens "xarici siyasətin bütün məsələləri üzrə həmişə nüfuzlu səs olub".

Məryəm Quliyeva