İran məhkəməsi: Ölkənin düşmənlərinə kömək edənlərə qarşı işlərə daha tez baxılmalıdır
"Bu səfər Azərbaycan-Gürcüstan münasibətlərinin strateji dərinliyini bir daha ortaya qoyur”
““Molla Nəsrəddin” Azərbaycan cəmiyyətinin özünüdərkinə güzgü tutdu”
Rusiya İrandakı Buşehr AES-dən daha 175 vətəndaşını Ermənistan vasitəsilə təxliyə edib
09:53
553
“Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqların yarandığı dövrdə Prezident İlham Əliyevin Gürcüstana səfəri həm ikitərəfli, həm də regional əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Hər iki ölkə müstəqilliyini əldə etdikdən sonra dövlətlərarası münasibətlər bütün sahələr üzrə dinamik inkişaf tendensiyası əsasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat qeyd edib ki, ticarət yolları üzərində kəskinləşən rəqabət, ən son olaraq İrana qarşı hərbi əməliyyatlar kontekstində Hörmüz boğazı ətrafında yaranmış qeyri-müəyyən situasiya beynəlxalq müstəvidə iqtisadi risklər yaratsa da, Azərbaycan və Gürcüstan kimi qlobal dəhliz üzərində yerləşən ölkələr üçün yeni perspektivlər vəd edir: “Regionda baş verənlər təhlükəsizlik qayğılarını daha da artırır. İki ölkə liderlərinin məhz bu tip situasiyalarda birgə hərəkət etməyin vacibliyini nəzərə alaraq risklərdən sığortalanmağı hədəfləyirlər”.
M.Cəfərov əlavə edib ki, Azərbaycan və Gürcüstan uzun illərdir ki, enerji və nəqliyyat sahəsində strateji tərəfdaş kimi çıxış edir: “Xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi iri layihələr regionun geoiqtisadi xəritəsini dəyişdirərək Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xüsusilə Avropanın alternativ enerji mənbələrinə marağının artdığı bir dövrdə Azərbaycanın enerji resurslarının Gürcüstan üzərindən dünya bazarlarına çıxışı daha da ön plandadır. Gürcüstan və Azərbaycan arasındakı digər mühüm aspekt nəqliyyat və logistika sahəsidir. Orta Dəhliz kimi tanınan Transxəzər beynəlxalq nəqliyyat marşrutu son illərdə Çin-Avropa ticarətində alternativ yol kimi diqqət çəkir. Bu marşrutun effektiv fəaliyyəti üçün Azərbaycan və Gürcüstan arasındakı koordinasiya həlledici rol oynayır”.
Röya İsrafilova